16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Bəbirzadələrin evi. Firəngiz xanım, Əsədulla, Eynşteyn. Firəngiz xanım qonaq otağında divanda oturub

televizora baxır. Əsədulla hövlnak içəri daxil olur.

Firəngiz xanım. Əsədulla, bax e, Bolqarıstanı göstərirlər. Nə gözəl yerdi e! Dükanlarının

qabağında oçered-zad yoxdur! On-on beş adam dayanıb, vəssalam!

Əsədulla(həyəcanlı). Əh!.. Fransanın yanında Bolqarıstan nədi?! Fransa! Başa düşürsən,

Fransa! Nə Bolqarıstan? Bolqarıstan dünənəcən bizim əlimizin altındaydı də! Bizim də ki,

toxumumuz hara düşdü, ora batır! Fransa! Nə oldu o əbləhin adı?

F i r ə n g i z x a n ı m. Nə olub sənə, Əsədulla? Kimin adını deyirsən?

Ə s ə d u l l a. Bizim o gədənin də! Pamoşnikin!

F i r ə n g i z x a n ı m. Eynşteyn!

Ə s ə d u l l a. Vay sənün atova lənət olsun! Alə, adama da belə ad qoyarlar? Beş ildi əlimin

altındadı, hər gün də adını yadımdan çıxarıram! Noldu, gəlib çıxmadı o?

F i r ə n g i z x a n ı m. Eynşteyn? Yox, gəlməyib. Nədi ki?

Ə s ə d u l l a. Iş dalıyca göndərmişəm! Xəbər gətirsin görək nolacaq bu işlərin axırı?!

Görmürsən dünya necə dağılır?! Eynşteyn... Allaha and olsun, mən heç pişiyimə də belə ad

qoymaram! Adamın belə adda pamoşniki olanda, özü də pis günə qalar də!..

F i r ə n g i z x a n ı m. Axı, nə olub yenə?

Ə s ə d u l l a. Nə olacaq? Dünən nəyidi, bu gün onnan da pisdi, sabah bunnan da pis olacaq!..

It əzabıynan qazan, pul yığ!.. Indi də qal belə! Pulun qiyməti düşür gün-günnən! Almağa bir şey

yox!.. Sabaha etibar yox!.. Bilmirsən kapitalizmdi, bilmirsən sosializmdi!..

F i r ə n g i z x a n ı m. Əşşi, sənin nə işinə qalıb e! Istəyir kapitalizm olsun, istəyir sosializm!

Ə s ə d u l l a. Ay-hay!.. Arvad ki, arvad! Elə bilir ki, hər şey elə göydən düşür! Ara qarışıb,

məzhəb itib, Firəngiz!.. Çox e, çox qarışıb aləm, qadovu alım sənün!.. Heç xoşuma gəlmir bu işlərin

axırı, Firəngiz!.. Bilmirsən yuxarının sözünə baxasan, yoxsa aşağının?! Bilmirsən kimə hörmət

eləyəsən ki, mayon batmasın! Alə, belə də zəmanə olar?! Rüşvəti də bilmirsən ki, kimə verəsən?!

Pauza.

F i r ə n g i z x a n ı m. Əsədulla, sabah nə bişirəcəyəm?

Ə s ə d u l l a (əlini yelləyir). Ay-hay!..

F i r ə n g i z x a n ı m. Əsədulla, sabahkı xörəyin adını qoy!

Ə s ə d u l l a. Zəhrimar! Xörəyin adı zəhrimar! Qoy qabağıma, yeyim, canım qurtarsın

birdəfəlik! Belə də həyat olar? Altunda bu qədər pul olsun, sabahkı günüvə də etibar olmasın? Alə,

hansı məmləkətdə belə əbləh iş görünüb? Vallah, mən deyirdim, bu sovet hökumətinə heç nə

batmaz! Ordusu varıydı! Keqebesi varıydı! O boyda partiyası varıydı!.. Alə, hamısı əldə

qayırmaymış e!.. Yalannan camaata «xox!» eliyirmişlər!.. Bude, dağılır! Batır! Bəs bizim pulumuz

nolacaq?! Bu boyda imarət düzəltmişəm, day Bakıda adam qalmayıb rüşvət vermiyim, bəs bunnar

kimə qalacaq, nolacaq?! Yox, Fransa! Ümid, ancaq Fransayadı!

F i r ə n g i z x a n ı m. Əsədulla, xörəyin adını qoy! Fransa nədi, zad nədi?

Ə s ə d u l l a. Xörəyin adını qoydum də, zəhrimar! Fransa da odu ki, köçüb gərək gedək

oturaq orda! Bu ölkə day batır e, Aşqabad batan kimi batır! Bura day etibar yoxdu! Alə, mənə

deyirlər ki, bisavadsan, amma mən başa düşürəm bunu, camaat mal kimi oturub baxır!

Firəngiz xanım(heyrətlə). Necə yəni köçək gedək Fransaya? Kimdi səni Fransaya buraxan?

Yenə Türkiyə ola, deyim, hə. Necə köçəcəksən Fransaya? Ət kombinatını da aparacaqsan Fransaya?

Ə s ə d u l l a. Day ət var ki, ət kombinatında, onu da Fransaya aparım? Iyirmi ildi o kombinat

mənə elədiyi xidməti eləyib! Indi gərək ağılnan hərəkət eləyək! Əhməd bəyi görmüsən?

F i r ə n g i z x a n ı m. O şofer Kərimgilin qonağını?

127

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!