16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

K a t i b ə. Biz fasiləyə çıxmışdıq. Təkcə Məsul katib otaqda idi.

B a ş r e d a k t o r (Məsul katibə). Bəs, siz niyə buna imkan verirdiz?

M ə s u l k a t i b. Mən elə bildim dırmaşıb orda şer yazır!

B a ş r e d a k t o r. Orda şer yazarlar?

Pauza.

Məsul katib çiyinlərini çəkir.

S i y a s i i c m a l ç ı (istehza ilə). Belə çıxır ki, yazarlar də... (Az qala pıçıltı ilə Baş

redaktora) Mənim sizinlə bütün bu əhvalatlar barədə xüsusi söhbətim olacaq!..

Ə d ə b i i ş ç i.

O mənim günəşim,

ayım,

işığım!

Əqidəm, vicdanım,

gül yaraşığım!..

P a n t e l e y m o n P o l i k a r p o v i ç (yavaşdan öz-özünə). Net, eto ne poeziya! Ya sam,

sam doljen pisat! Man! Man ozu yazdı var!.. Man bunlara ozu qostardi var, nastoyaşi poeziya na!..

K a t i b ə (bərkdən zırıldaya-zırıldaya). Ah, yazıq!.. Yenə «Sərvinaz» poemasından oxuyur...

Məhəbbətin gücünə bax!.. Son nəfəsdə də dilində sevgilisinin adıdı! Təkcə bizə qismət olmaz! Ah,

mənim kor bəxtim!.. (Daha da bərkdən zırıldayır.)

Ş ö b ə m ü d i r i (pəncərə tərəfə baxa-baxa öz-özünə). Az qalıb!.. Gəlirlər!.. (Daha da

yavaşdan) Nə? Nə soruşursuz? Bu saat məlumat verirəm. (Pıçıltı ilə) Dar qaz baz-baz... Az dardar!..

Maz fır-fır qır...

Ə d ə b i i ş ç i. Əlvida, əziz dostlar!.. (Ayağının altındakı kürsünü yıxmaq istəyir.)

B a ş r e d a k t o r. Bir dəqiqə!..

K a t i b ə. O əsl məhəbbət aşiqidi! (Bərkdən hönkürür.) Acı taleyim mənim!..

B a ş r e d a k t o r. Bir dəqiqə! Axı, kimdi sizə mane olan?

Ə d ə b i i ş ç i. Ürəksiz, şövqsüz, buz qəlbli valideynlər!

B a ş r e d a k t o r. Valideynlər?

Ə d ə b i i ş ç i. Bəli! O amansız insanlar!

Panteleymon Polikarpoviç(diqqətlə Ədəbi işçiyə baxaraq öz-özünə). On oçen paxoj na

pakoynoqo, Allax ona raxmat versin, dallak Usta Ibraqima Ardabili, kotorıy sorok let bril moyu

qolovu... Tayno pil silno, ruka treslas u neqo, kak rıba, vınutaya iz vodı. Svoloç, Allax raxmat

versin, odnajdı manin başını da kasdi, vot zdes. (Öz gicgahının üstünü tamaşaçılara göstərir.) Qan

axdı seloye vedro... Neujeli eto on?

B a ş r e d a k t o r. Axı, niyə? Valideynlər niyə belə edir?

S i y a s i i c m a l ç ı (istehza ilə tamaşaçılara). Hm... Doğrudan da, görəsən niyə?

Ə d ə b i i ş ç i. Əlvida!.. (Ayağının altındakı kürsünü kənara itələmək istəyir.)

K a t i b ə. Pojarnını çağırın! (Qışqırır.) Pojarnı!..

M ə s u l k a t i b. Oğlum, şair, bir dəqiqə dayan. Hörmətli Baş redaktorumuza səbəbini söylə,

qoy məsələdən agah olsun, sonra get də! Vallah, o mənfur sovet hökumətinin vaxtında baş redaktora

belə hörmətsizlik etməzdilər! Nə olub axı? Onsuz da, hər şey düzələcək, çətini ölənəcəndi!..

Ə d ə b i i ş ç i. Yox, mən bunun səbəbini deyə bilmərəm!

S i y a s i i c m a l ç ı (tamaşaçılara). Əlbəttə, əsl səbəbi deyə bilməz!.. (Ədəbi işçiyə baxaraq

öz-özünə.) Kimdi sənə bu icazəni verən?..

B a ş r e d a k t o r. Niyə deyə bilmirsiz?

221

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!