16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

D o k t o r M a h m u d b ə y. Belə olmaz, ağalar!

K ə r b ə l a y i M u x t a r. Va-a-ay!

H a c ı K a z ı m a ğ a. Həsənqulu, bərk tut!

A s l a n b ə y. Ata!

K ə r b ə l a y i M u x t a r. Va-a-ay!

Kərbəlayi Muxtarın səsi birdən-birə kəsilir.

S ə k i n ə x a n ı m. Ay camaat, kişi keçindi-i-i!..

M ə l e y k ə x a n ı m (qışqırır). Ata!..

Ç ə p i ş b ə y. Kəblə Muxtar getdi o dünyaya...

D o k t o r M a h m u d b ə y. Əl çəkin, ağalar, əl çəkin!

A s l a n b ə y. Buraxın! Buraxın!

M ə l e y k ə x a n ı m. Atam öldü!..

N i n a M i x a y l o v n a. Skonçalsya ot razrıva serdsa!

Kiçik pauza.

H a c ı K a z ı m a ğ a. Bu nədir belə, Kəbleyinin sinəsinin üstündəki nədir belə?

S ə k i n ə x a n ı m (bərkdən ağlayır). Bizi bədbəxt edib getdin, ay kişi!..

H a c ı K a z ı m a ğ a. Bu kisə nədir belə, Kəbleyinin sinəsi üstə? Hə?

A s l a n b ə y. Əl dəyməyin!

H a c ı K a z ı m a ğ a. Alə, Həsənqulu bu nədir belə?

A s l a n b ə y. Əl dəyməyin!

Q o ç u H ə s ə n q u l u (bərkdən). Qızıl!

N i n a M i x a y l o v n a. Zoloto!

Yerə tökülən qızıl pulların səsi.

A s l a n b ə y. Heç kim əl dəyməsin!

H a c ı K a z ı m a ğ a. Alə, Həsənqulu, yığ!

Q o ç u H ə s ə n q u l u. Mən özümə yığıram, qədeş, sən özünçün yığ!

N i n a M i x a y l o v n a. Vot nastoyaşaya psixoloqiya kupsa!

Ç ə p i ş b ə y. Deyirəm axı, kişi səhər-səhər zirzəmiyə niyə düşüb, sonra niyə heç kimi yanına

buraxmırmış... Bağrına basıbmış zirzəmidə basdırdığı qızılı...

D o k t o r M a h m u d b ə y. Bu nə rəzalətdir!.. Mənim ürəyimə dammışdı! Dammışdı

ürəyimə!

Ç ə p i ş b ə y. Görüb ki, işi fırıqdı, qorxub ölər, qızıl qalar başqasına... Indi apardın özünlə, ay

Kəblə Muxtar?..

A s l a n b ə y (tövşüyə-tövşüyə). Bunlar hamısı bizimdir! Əl dəyməyin! Məleykə, yığ! Ana,

nökərləri çağır, bunları qovsun! Əl dəyməyin!..

H a c ı K a z ı m a ğ a. Həsənqulu, yığ!

Q o ç u H ə s ə n q u l u. Özünçün sən yığ, qədeş!

N i n a M i x a y l o v n a. Mne toje!

Ç ə p i ş b ə y. Mənə bircə dənə qızıl onluq kifayətdir!..

N i n a M i x a y l o v n a. Kakoye boqatstvo!

D o k t o r M a h m u d b ə y. Kakoy ujas, madam, kakoy ujas! Bu nə rəzil zəmanədir! Bu nə

rəzil cəmiyyətdir! Uzaq burdan, Mahmud bəy! Uzaq! Uzaq! Uzaq!..

Bir-birinə qarışmış səs-küy, sürətlə uzaqlaşan

17

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!