16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Teatrın bizə tanış olan bütün yaradıcı heyəti qəbul otağına doluşub, qışqır-bağır saldıqlarından ağız deyəni qulaq

eşitmir. Direktor həyəcan içində qapı ağzında dayanıb tez-tez qulağını qapıya dirəyir və qulaq asır. Baş rejissor

öz kabinetində var-gəl edir. Katibə mizin arxasında əyləşib telefonla danışır, səs-küy içində nə danışdığı

eşidilmir, amma hiss olunur ki, baş verən hadisələrin dəstəyə birbaşa reportajını verir.

Silvana (qışqırır). Is-te-fa!.. Is-te-fa!..

Əhli-teatr bir ağızdan qışqırır:

- Is-te-fa!..

- Is-te-fa!..

- Is-te-fa!..

S i l v a n a (qışqırır). Əhməd bəy bizim teatrın direktoru olmalıdır!

Gənc aktrisa (qışqırır). O əsl sənət adamıdır!

Direktor. Sancırdı! Mənim dalağım barometr kimi şeydi, sancırdı!

A r t i s t (qışqırır). Bəli, Əhməd – direktor!

Baş rejissor (əsəbi). Yenə şans məndən qaçır! Yəni mən heç vaxt bu teatrın direktoru

olmayacağam?!

S i l v a n a (yumruğunu Direktorun kabinetinə tərəf qaldırıb hədələyir). Sənətin qarşısını

kəsən partokratlara ar olsun!

Direktor. Ay ləçər!

- Ar olsun!..

- Ar olsun!..

- Ar olsun!..

Əhli-teatr bir ağızdan qışqırır:

Katibə (həyəcanla dəstəyə). Oy, çto tvoritsya!.. Ali Sovetin qabağındakı mitinqlər bunun

yanında yalandı!..

S i l v a n a (barmağı ilə Direktorun qapısını göstərə-göstərə qışqırır). Bu adam administrator

vəzifəsinə keçməlidir! Əhməd isə direktor!..

Direktor (iki əlilə də öz başına qapaz vuraraq sarsılmış). Gör kim idin, indi kim olursan!?

Administrator! Qorbaçovu görüm lənətə gəlsin! Cəhənnəmin odunda yansın!

S i l v a n a (qışqırır). Sənətdə istedadlara yol açmaq lazımdı! Xanımlar və bəylər! Bu il

Azərbaycanın dövlət quruculuğu ilidir! Əhməd bəy bizim direktorumuz olmalıdır!

– Əh-məd di-rek-tor!..

– Əh-məd di-rek-tor!..

– Əh-məd di-rek-tor!..

Əhli-teatr bir ağızdan qışqırır:

D i r e k t o r. Yox! Mən daha dözə bilmirəm! (Gözü ilə kabinetin künc-bucağını axtarır...)

Mənim də şəxsiyyətim var! Mənimlə Qorbaçov kimi rəftar eləmək olmaz!..

K a t i b ə (telefon dəstəyinə). Yox, birinci qışqıran Silvadı! O birisi də qışqırır. Hərdən çaşıb

Mehdiqulu deyir!..

Direktor (kabinetdə istədiyini tapmayıb tələsik şalvarının qayışını belindən açıb çıxarır).

Baxarsız!.. (Qayışı həlqə eləyib boğazına keçirir və özünü asmaqdan ötrü kabinetdə yer axtarır.)

Mən daha dözə bilmirəm!..

208

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!