16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

B a ş r e j i s s o r.

Nə gözəl fürsətdir! O dua edir,

Bir qılınc zərbəsi kifayətdir ki,

O, yeri tərk edib göyə ucalsın...

Eh!.. (Əlini mizin üstünə vurub dolabı açır, arağı, qədəhi çıxarıb diqqətlə baxır, sonra yavaşyavaş

süzür.)

D i r e k t o r. Siz kimin dayısısız?

Dayı. Bizim o uşağın...

Pauza.

D i r e k t o r. Silvanın?

D a y ı. Yox.

Direktor. Bəs... bəs kimin?

D a y ı. Əhmədin.

D i r e k t o r. Hə... O dayı sizsiz?

D a y ı. Bəli.

D i r e k t o r. Bəs mənnən nə istəyirsiniz?

D a y ı. Sizdən? (Oxuyur.) «Anastas Ivanoviç Mikoyan...»

K a t i b ə. Vay, dədə!..

Direktor (tələsik). Yaxşı, yaxşı!.. Axı... Axı, onu mən ixtisar eləməmişəm. Kollektiv...

D a y ı (onun sözünü kəsərək oxumağa başlayır). «Anastas Ivanoviç Mikoyan...»

Direktor (həyəcanlı). Yavaş olun!..

Baş rejissor. «Moskovski»dən yaxşısı yoxdu! (Qədəhi başına çəkir.)

Direktor. Əhməd çox istedadlıdı! Mənim ona böyük rəğbətim var idi...

B a ş r e j i s s o r. Nə? Bu nədi belə? (Araq şüşəsini iyləyir.) Kim bura su doldurub?

(Qışqırır.) Kim mənim arağımı içib, yerinə su doldurub?!

D i r e k t o r. Mən çox istərdim ki, Əhməd qayıtsın, ancaq...

D a y ı (oxuyur). «Anastas Ivanoviç Mikoyan...»

D i r e k t o r. Yavaş olun!.. Eşidərlər!..

B a ş r e j i s s o r. Kim? (Qalxıb qəbul otağının qapısını açır və arxası ona əyilib açar

deşiyindən baxan Katibəni görür.) Kim bura su doldurub?! Yenə düymən düşüb?

K a t i b ə. Bəli...

B a ş r e j i s s o r. Sən elə birdəfəlik düyməsiz geyin ki, canımız qurtarsın!

K a t i b ə. Bu nə sözdü deyirsiz? Mənim nişanlım var!.. Eşitsə ki, mənə belə sözlər deyirsiz...

B a ş r e j i s s o r əlini yelləyib səhnədən çıxır.

K a t i b ə (telefon dəstəyini götürərək). Oy!!. Çto tvoritsya!..

Direktor. Mən Əhmədin xətrini çox istəyirəm! Istəyirəm ki, o səhnəyə qayıtsın, bizim müstəqil

respublikamızın azad sənətkarı olsun, ancaq...

Dayı (oxuyur). «Anastas Ivanoviç Mikoyan...»

D i r e k t o r. Yavaş, yavaş!.. Eşidən olar!.. Vallah... tək məndən asılı deyil...

D a y ı (oxuyur). «Anastas...»

Direktor. Yaxşı! Yaxşı!.. Əhmədi qaytararıq, bəs... bəs kimi ixtisara salaq?

D a y ı (oxuyur). «Anas...»

D i r e k t o r. Oldu! Oldu! Hə?! Bir daş altda, bir daş üstə! Danışdıq! (Yavaşdan) Belə dünya,

səni görüm... lap!.. Lap e, lap!..

201

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!