16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Z ü l e y x a. Həyat biz arzuladığımızdan çox prozaikdir, Ada...

G ü l z a r. Sevgi, məhəbbət – hamısı boş şeylərdir. Bunlar iyirmi yaşlı gülzarlar üçündür,

sonra yox olub gedir... Indi oturub bunların dərdini çəkməyə dəyməz...

Ə d i l ə. Nə düşmüsünüz mənim üstümə e?.. Bunları mən hamınızdan yaxşı bilirəm. Amma

niyə? Nə üçün belədir?

Z ü l e y x a. Görürsən, sən soruşursan, soruşursan ki, nə üçün? Görürsənmi sən bu sözləri

necə yana-yana deyirsən. Çünki sən bununla barışa bilmirsən. Sən bunu ağlına sığışdıra bilmirsən.

Bu barədə fikirləşəndə dəhşət səni basır. Amma nahaq yerə. Sən yenə əvvəlki Ədilə kimi

fikirləşirsən, ona görə də indi əvvəlki Ədilə deyilsən. Sən indi daha təcrübəlisən, daha çox

görmüsən, odur ki, daha ayıq fikirləşməlisən. Sən indi əvvəlki Ədilənin xəyallarına gülməlisən, özü

də lap ürəkdən gülməlisən. O zaman sən yenə də əvvəlki Ədilə kimi qayğısız olarsan. Sənin hər

şeyin var, Ada. Bu saat mənim arzuladığım odur ki, Xəlil kimi bir kişi çıxsın qarşıma, evlənib

yaşayaq özümüzçün. Mən öz xoşbəxtliyimi, bax, bunda görürəm.

G ü l z a r. Day demə.

Ə d i l ə. Əgər bir də Xəlilin adını çəksəniz, mənimkiylə sizinki qurtardı...

G ü l z a r. Düz deyir, əşşi, başqa söhbət edin bir az ürəyimiz açılsın.

Z ü l e y x a. Nə başqa söhbət? Dünən Firaya zəng etmişəm ki, mənə bir az borc ver, krinplin

palto gəlib, almaq istəyirəm. Deyir ki, Alikin canı üçün, heç bir qəpiyim də yoxdur.

G ü l z a r. O qədər yalandan Alikin canına and içəcək ki, axırda Aliki də dükandan çıxarıb

mitilini atacaqlar bayıra.

Bayaqdan öz yerində oturub kağız-küğuzla məşğul olan Yoldaş Tək saatına baxır, sonra başını yuxarı qaldırıb

qışqırır.

Y o l d a ş T ə k. Baba!

B a b a. Bəli, Yoldaş Tək!

Y o l d a ş T ə k. Fasilə bitdi.

B a b a. Bu dəqiqə, Yoldaş Tək!

Baba dərhal altındakı kürsünü qırağa çəkib ayağa qalxır.

Baba gəlib poçt şöbəsinin qapısını açır.

Züleyxa (ayağa qalxır). Yaxşı, biz getdik, Ada.

Ə d i l ə. Privet.

Gülzar (ayağa qalxır). Privet. Özünü üzüb əldən salma. Dünya fanidir, ömür bivəfa... (Gülür.)

Züleyxa ilə Gülzar qapıya tərəf gedirlər.

Z ü l e y x a. Sağ olun, Baba müəllim.

G ü l z a r. Gecən xeyrə qalsın, Baba müəllim.

Baba(Gülzarın qolundan tutur). Gəlin gedin, gəlin gedin.

Gülzar(səksənərək bərkdən qışqırır). Oy! Əlini çək qolumdan! Tez! Tez!

Y o l d a ş T ə k (ayağa qalxır). Nə olub, yoldaşlar?

Z ü l e y x a. Adə, mürdəşir oğlu mürdəşir, uşağın qolundan niyə tutmusan? Şorgözün biri!

Baba Gülzarın qolunu buraxır. Qızlar gedirlər.

95

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!