16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Isgəndərzadə. O cürə küçəyə yığışıb «Is-te-fa!», «Is-te-fa!» qışqırmaqla deyil! Problemin

mahiyyətinə varmaq lazımdı! Ah, Lenin!.. Lenin!.. Yaxşı, leninizm marksizmdi, bəs marksizm nədi?

(Yenə birnəfəsə marksizmin tərifini deyir.) Fəhlə sinfinin dünyagörüşünü, elmi ideologiyasını,

beynəlxalq kommunist hərəkatının nəzəri əsasını, dünyanın dərk olunması və inqilabi yolla

dəyişdirilməsi elmini təşkil edən fəlsəfi, iqtisadi və sosial-siyasi baxışların bütöv sisteminə

marksizm-leninizm deyirlər!..

Pauza.

Belə deyirlər, bəli! Bu sözlər şübhəsiz ki, həqiqətdir, lakin... lakin özü nədir e, marksizmleninizm

özü nədir?

Pauza.

Yenə ikisi bir yerdə: marksizm-leninizm... Bu da məni bir tərəfdən tərəddüdlər burulğanına

atır!.. Marksizmi və leninizmi bir-birindən ayırmaq isə burjua alimlərinə və təftişçilərə məxsus

cəhətdir, deyirlər ki, guya, bəli, guya, leninizm ümumdünya əhəmiyyətinə malik deyil, inkişaf etmiş

kapitalist ölkələrində tətbiq edilə bilməz!.. Bax, bundadır!.. Bundadır məsələ!.. Bundadır

mürəkkəblik!.. Çətinlik!.. Ah, Lenin!.. Lenin!.. (Ayaq saxlayır.) Doğrudanmı çıxış yolu inkişaf etmiş

kapitalist ölkəsindədir? Doğrudanmı Fransa?.. Doğrudanmı mən innən sonra öz həyatımı Fransa ilə

bağlamalıyam? Ah, Fransa!.. Fransa!.. (Ehtiyatla o tərəf-bu tərəfə baxır.) Sən indi mənimçün də

cazibədar olmusan!.. (Tələsik) Yox! Yox! Bu indi, partiyanın bu ağır vəziyyətə düşdüyü zaman

mənim prinsiplərimə xəyanət deyil! Mən tərəddüdlər burulğanındayam! Bir də ki... Bir də ki,

Fransada da Kommunist Partiyası var də! Uzaqbaşı oranın üzvü olmaq olar!

Gülər xanım, Gülbəniz, Nurbəniz gəlirlər.

Gülər x a n ı m. Salam!

Gülbəniz. Privet!

Nurbəniz. Nə tez gəlmisən?

Gülbəniz. Oy, yenə küçələr adamla doluydu, mitinqə gedirdilər!

Nurbəniz. Yox, qayıdırdılar!

Gülbəniz. Əla salat idi!

Nurbəniz. Balıq da yaxşı idi!

Gülbəniz. Yox, balıq mənim xoşuma gəlmədi.

Nurbəniz. Sənin xoşuna gəlmədi, mənim xoşuma gəldi!

Gülbəniz. Gəlsin də, mən neyləyim?! Gözüm aydın!

Gülər xanım. Bəsdirin! Başlamayın yenə!

Gülbəniz. Görmürsən?

Nurbəniz (Isgəndərzadəyə). Mənə zəng eləyən olmamışdı?

Isgəndərzadə cavab vermir.

G ü l ə r x a n ı m. Nə olub belə? Təzə nəsə baş verib, fikirlisən?

Gülbəniz Yenə mitinqdə nəsə deyiblər?

Nurbəniz Eto mne uje nadoyelo!

Gülər xanım. Nə olub axı?

Isgəndərzadə otaqda var-gəl edir.

135

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!