16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

F i r u z ə x a l a. Ağəz, hansı daşı tökək başımıza? Öldürəcəklər gecə oğraş oğlu oğraş

Muxtarı, balalarımızın gözü türmədə qalacaq...

M ə ş ə d i x a n ı m. Ağəz, görmürsüz o köpəy oğlunun qulaqlarını? Ağəz, kişinin də elə

balaca qulaqları olar? Vay sənin ciyərin yansın, şpion oğlu, şpion!

Xanım arvad pilləkənlə həyətə düşür. Arvadlar özünü yığışdırır,

bəzisi evə keçir.

X a n ı m a r v a d. Ay Səkinə, noxudum qurtarıb. Varındısa, bir az əlborcu noxud verginən..

F i r u z ə x a l a. A-a-a... Bu nə sözdür, ay Xanım xala?! Əlborcu nə deməkdi, ayıb döyül?

Əziyyət çəkmə, Ələkbərnən göndərərəm. Ələkbər, gəl, bala, gəl, noxudu verim, apar ver Xanım

xalaya.

Ə l ə k b ə r. Yaxçı.

Xanım arvad evə qayıdır.

Z i b a x a l a. Ələkbər, Ələkbər, sonra gəl bir stəkan tum al!..

Ə l ə k b ə r. Yaxçı.

Ş ö v k ə t (Ziba xalaya). Üçünü ver mənə. (Üç balaca kağız bükməsi tumu alır.) Ələkbər, bura

gəl. Gəl demirəm?

Ələkbər qalxıb Şövkətə yaxınlaşır.

Al, Ələkbər, tök cibinə. Al, bunu da ona ver, Balakərimə. Apar ver.

Ələkbər tumları götürüb Balakərimin yanına qayıdır.

Z i b a x a l a. Sağ ol, ay Şövkət, sən olmasan, mən neyniyərəm?!

Ş ö v k ə t. Amerikadakı oğluva deyərsən, mənə yaxçı şeylər alar!

Z i b a x a l a. Nöş demirəm? Allah səni saxlasın! Peyğəmbər haqqı, tuma söz yoxdu. Amma,

vallah, sən olmasan, mən acından ölərəm.

Ə l ə k b ə r. Ziba xalanın oğlu doğrudan Amerikadadı?

B a l a k ə r i m. Həri.

Ə l ə k b ə r. Sən də gedə bilərsən Amerikaya?

B a l a k ə r i m. Yox.

Ə l ə k b ə r. Nöşün?

B a l a k ə r i m. Çünki onlar Musa peyğəmbərin övladlarıdı...

Ə l ə k b ə r. Bəs biz kimin övladlarıyıq?

B a l a k ə r i m. Biz? Bizim peyğəmbərimiz Məhəmməddi.

Arvadlar evə keçir, Ağakərim gəlir. Ələkbər atasının qabağına qaçır.

A ğ a k ə r i m. Salam-əleyküm, salam-əleyküm...

K i ş i l ə r:

– Salam-əleyküm...

– Əleyküm-salam...

– Salam...

Ə l i a b b a s k i ş i. Ağakərim, yenə Rusetdən gəlirsən?

A ğ a k ə r i m. Hə, dadaş. Pravadnik adamam, paravoz hara aparır, mən də ora gedirəm...

Ə l i a b b a s k i ş i. Rusetdə nə var, nə yox?

A ğ a k ə r i m. Nə olacaq, dadaş, insan elə hər yerdə insandı də...

342

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!