16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

(Boğçadan iki qutab çıxarır.) Ələkbər, al bu qutabları özün ye. Bunları da Əbdüləliynən apar.

Maşını qıraqda saxlayacaq, sənə göstərəcək ki, bunları kimə vermək lazımdır. Paydır!

İ ş ı q s ö n ü r.

ON İKİNCİ ŞƏKİL

M ü ə l l i f, Ə l ə k b ə r, M i l i s n ə f ə r i, S o n a, A ğ a k ə r i m.

Küçə. Sonra Ələkbərgilin evi. Səhər.

M ü ə l l i f. Əbdüləlini buraxmışdılar və Əbdüləli yenə öz «polutorka»sını sürürdü. Həmin

gün mən, əlimdə Xanım xalanın verdiyi boğça, Əbdüləlinin o gözəl «polutorka»sına minib getdim.

Əbdüləli maşını böyük bir binanın yanında saxladı və o binanın qabağında gəzişən bir milis nəfərini

mənə nişan verdi. Mən, Xanım xalanın boğçası da qucağımda, həmin milis nəfərinə yanaşdım.

Ə l ə k b ə r (boğçanı ona uzadır). Alın, paydır, Xanım xala göndərib.

M i l i s n ə f ə r i. Xanım xala kimdi, a bala?

Ə l ə k b ə r (təəccüblə). Xanım xalanı tanımırsan? Xanım xaladır də...

Kiçik pauza.

M i l i s n ə f ə r i. Mənə bax, həmin arvaddı? Hə, yüz faiz odu! O arvad başqa arvaddı! Mən o

cürə heç kişi görməmişəm!..

Işıq yenə yalnız Müəllifin üzərinə düşür.

M ü ə l l i f. Həmin gün məhəlləyə belə bir xəbər də yayıldı ki, Muxtarın vəzifəsini aşağı

salıblar. Çünki evə maşınsız gəldi. Amma, günlərin bir günü, qara «emaddin» yenə məhəllədə

göründü və bu dəfə də xəbər yayıldı ki, güya Muxtar yaxşı işçidir, buna görə də vəzifəsini təzədən

böyüdüblər. Sonra da, günlərin bir günü...

Işıq Ələkbərgilin evində yanır. Sona mizin arxasında ağlaya-ağlaya düyü arıtlayır. Ələkbər qaça-qaça içəri girir.

Ə l ə k b ə r. Atam gəldi! Atam gəldi!

A ğ a k ə r i m (içəri girir). Salam-əleyküm!..

S o n a (tez ayağa qalxır). Xoş gəldün! Xoş gəldün!

A ğ a k ə r i m (diqqətlə ona baxır). Nə olub?

S o n a. Heç... Gəl soyun...

A ğ a k ə r i m. Hə?

S o n a. Yazıq Kübra, Muxtarın arvadı, dünən rəhmətə getdi...

Kiçik pauza.

A ğ a k ə r i m. Bivəfa dünyadı də... Süleymana qalmayan dünya, kimə qalacaq? Allah rəhmət

eləsin...

İ ş ı q s ö n ü r.

ON ÜÇÜNCÜ ŞƏKİL

361

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!