16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Birinci kişi. Doxsan? Mənim nəvəmin doxsan yaşı var? Onda onunla görüşmək lazımdı... O

bilər... O bilər ki, Könül nə oldu, necə oldu?.. (Kövrəlir.) Gülüşün uşaqlarının Könüldən xəbəri

yoxdu?.. Axı, onlar bir-birini nə qədər istəyirlər!.. Istəyirdilər... Səhərdən-axşamacan bir yerdədilər!

Doğmadılar! Bir ananın qarnından çıxıblar! Bəs necə olur bu? Kimə lazımdı belə dünya? Əgər

bütün bu oyun həqiqətdirsə, bunun dedikləri doğrudursa, yaşayışın nə mənası var? Özümüz öz

başımızı aldadırıq, heç xəbərimiz də yoxdu? Bunun dedikləri doğrudursa, mən nə üçün yaşamışam?

Ikinci kişi. Bəs sizin ulu babanız nə üçün yaşayıb? Sizin xəbəriniz var ulu babanızın başqa

nəslindən? Siz də hansısa iki qardaşın, iki bacının törəməsisiz də...

Birinci kişi. Mən qohumlarımı tanıyıram! Əlimdən gələni də həmişə eləmişəm onlarçun!

Ikinci kişi. Yüz ilin, iki yüz ilin müqabilində sizin tanıdıqlarınız bir heçdi! Mən hələ min illəri

demirəm!.. Tragediya eləmək lazım deyil. Bax, siz həmişə özünüzü beləcə aldatmısız! Özünüz

özünüzü yalançı tragediyalara məruz qoymusuz! Heç nədən faciə düzəltmisiz! Özünüz özünüzü

fəlakətə salmısız! Insan gərək özü üçün yaşasın! – siz bunu başa düşməmisiz. Başa düşmədiyinizə

görə də, bunu eqoizm adlandırmısız... Siz balalarınız üçün yaşamısız, çünki primitiviydiz, çünki

əslində insan ilə heyvanın fərqi yox idi!.. Instinktlə yaşayırdız, boğazınızdan kəsib uşaqlarınıza

yedizdirirdiz. Öz həyatınız isə heç olurdu! Ömür insana bir dəfə verilir – bunu başa düşürdüz. Ancaq

orasını başa düşmürdüz ki, o ömür insanın özü üçün verilir, başqası üçün yox! Gecə-gündüz

işləyirdiz, ideologiyanız da deyirdi ki, gələcək üçün işləmək lazımdı. Gələcək isə gəlib çıxmırdı! Siz

özünüz də ideologiyanıza nifrət edirdiz, o gələcəyin gəlib çıxmadığından şikayət edirdiz, ancaq

əslində özünüz də elə həmin prinsiplə yaşayırdız. Deyirdiz ki, biz heç, uşaqlarımız xoşbəxt olsun!

Çalışaq, özümüzü öldürək, uşaqlarımızı böyüdək! Başa düşmürdüz, dərk eləmirdiz ki, uşaqlarınızın

gələcək o mücərrəd xoşbəxtliyindən sizə nə? Özünüzü qurban eləyirdiz uşaqların yolunda, sonra da

ölüb çıxıb gedirdiz...

Birinci kişi. Bəs indi uşaq böyütmürlər?

Ikinci kişi. Bizim nəsil siz deyən mənada sonuncu nəsildi. Biz sonuncu nəsilik ki, anamızı,

nənəmizi tanıyırıq... Axırıncı nəsilik ki, primitiv doğulmuşuq, yəni siz deyən kimi, anamızın

qarnından çıxmışıq... Indi uşaqları laboratoriyalar istehsal edir. Həm demoqrafik tənzim var, həm də

ki, a-zad-lıq! Ata-ana məfhumu qurtarıb daha, insan azad olub! Kompyüterlər donorları seçir,

genləri yoxlayır, hesablamalar aparır, mayalanma üçün ən yaxşı proqnozlu toxumlar ayırır. Uşaqlar

ümumi maliyyə fondlarının hesabına böyüyürlər. Sağlam, xoşbəxt insanlar olurlar. Hərə öz

sahəsində işləyir və özü üçün işləyir, başa düşdüz? Insan öz xoşbəxtliyi üçün, öz firavanlığı üçün

çalışır. Indi övlad nigarançılığı, ata-ana nigarançılığı yoxdu. Insan, nəhayət ki, dünyanı dərk edib!

Pauza.

Birinci kişi. Bütün dünya belədi?

Ikinci kişi. Əlbəttə.

Birinci kişi. Indi ana yoxdu dünyada?

Ikinci kişi. Yox. (Gülümsəyir.) Nəsli mühafizə etmək problemi həll olunub. Kompyüterlərin

seçib çağırış göndərdiyi donorlər təbiət qarşısındakı borclarını yerinə yetirirlər. Ancaq nəsli

mühafizə etmək, qorumaq instinktləri daha yoxdu. Çünki o instinktlər əslində insanın öz şəxsi

xoşbəxtliyinin, qayğısızlığının düşməni idi. Siz isə bunu başa düşmürdüz... Indi ana haqqında şerlər

də yoxdu... Bütün o primitiv hisslərin hamısı sizin zəmanədə qaldı...

Birinci kişi (fikirli). Indi ata da yoxdu?

Ikinci kişi. Yox.

Birinci kişi. Qardaş?

Pauza.

49

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!