16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Gənc aktrisa. Mehdiqulu bəy yenə də zəng etmişdi?

D a y ı. Kim?

Gənc aktrisa. Mehdiqulu bəy!

D a y ı. Mehdiqulu bəy kimdi?

Gənc aktrisa. «Mehdiqulu portiş kompaninin» prezidenti də!..

Katibə (telefon dəstəyinə). Vsyo! Ya reşilas! (Dəstəyi telefonun üstünə atır və qeyri-adi bir

həyəcanla Dayının üstünə cumur.) Siz... Sizdən... Sizdən xahişim var! Mənim xahişimi rədd

etməyin!

D a y ı. Nə xahiş?

Katibə. Siz mənim də... mənim də dayım olun! Xahiş edirəm sizdən! Mənim də dayım olun!

D a y ı. Axı, sizin nəyə ehtiyacınız var? Siz nə istəyirsiniz?

K a t i b ə. Mən... Mən Dezdemonanı oynamaq istəyirəm!

Pauza.

Nişanlım da icazə verib! Bu mənim əbədi arzumdu! Mənim dayım olun! Qoyun mən də öz

əbədi arzuma qovuşum!..

M ü ə l l i f. Aha! (Dəftərə yazır.)

Artist. Necə dözülməzdir, ağırdır bu an. Elə bil başlanıb müdhiş bir tufan!..

S i l v a n a. Bu lap ağ oldu!.. Tez eləyin! Əhmədə zəng eləyin, çağırın gəlsin!

D a y ı. Yox, ehtiyac yoxdu...

S i l v a n a. Necə yox? Qoy gəlsin, bu sənət məbədində vəzifəsinin icrasına başlasın!

D a y ı. Burdadı, narahat olmayın...

S i l v a n a. Burdadı? (Katibəyə) Tez get onu çağır. (Istehza ilə) Dezdemona!..

D a y ı. Yox, canım... Çağırmağa ehtiyac yoxdu...

Və Dayı tələsmədən parikini, bığını, qaşlarını çıxarmağa, dəsmal ilə qrimini silməyə başlayır və bütün bu müddət

ərzində də hamı hipnoz olubmuş kimi ona baxır. Nəhayət, Dayının əvəzinə Əhməd peyda olur.

Əhməd. Salam!

Pauza.

Pauza.

(Silvanaya) Axır ki, sizinlə tərəf-müqabil olduq!

S i l v a n a. Oy!.. (Özündən gedir.)

A r t i s t (Silvananı qucağına alır).

Dəyişib həyat.

Ayın təsirindəi baş verib bu iş...

K a t i b ə (öz telefonuna tərəf qaçıb tələsik nömrəni yığır). Alo!.. Alo!..

Gənc aktrisa. Bəs, Mehdiqulu bəy?

Pauza.

Bütün əhli-teatr hələ də özünə gələ bilməyib və lal bir sükut içində donaraq Əhmədə baxır.

M ü ə l l i f (qəflətən bu ölü sükutu pozaraq). Mən öz ana mövzumu tapdım! Mən əsl teatr

yazacağam! Teatr!.. (Qışqıra-qışqıra yeni abidar əsərini yazmağa qaçır.) Teatr!.. Teatr!..

Yenə də xorun üzvləri bir göz qırpımında səhnəyə doluşur.

213

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!