16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Bu, ev kirəyəsidi, vaxtı keçir.

Kişi, məhkum adamlar kimi, kağızı götürür.

Kişi kağızı götürür.

Bu da telefonpuludu, bu gün verməsən, kəsəcəklər.

K i ş i (yenə özünü saxlaya bilməyib Oğula tərəf qışqırır). Işıqpulunu da verə bilməzsən?

O ğ u l (hikkə ilə). Mənim maşınım var? Maşınım olsaydı, hamısını eləyərdim!.. Hamının

maşını var, mənnən başqa!

K i ş i. Bəs sən kommunist deyilsən?

O ğ u l (ruh yüksəkliyi ilə). Əlbəttə, kommunistəm!

K i ş i. Bəs maşını neynirsən? Kommunistlər şəxsi mülkiyyətin əleyhinə deyil? Hə?

A r v a d. Kommunistlər elə elədilər ki, axırda pis günə qaldılar də! O boyda SSRI dağıldı!..

O ğ u l (ruh yüksəkliyi ilə). Bu müvəqqəti məğlubiyyətdi! Biz SSRI-ni bərpa edəcəyik! Lenin

deyib ki...

Q ı z (səhnə arxasından qışqıra-qışqıra). Papa!.. Papa!.. (Pijamada səhnəyə daxil olur.) Papa,

Suzikin nənəsi xəstələnib!

K i ş i. Nə?

Q ı z. Suzikin nənəsi xəstələnib! Bax, bu dərmanı almaq lazımdı! (Əlində tutduğu resepti

Kişiyə uzadır.)

K i ş i (özünü sakitləşdirə-sakitləşdirə resepti Qızdan alır). Sakit ol... Sakit ol... (Əlindəki

kağızlara baxır, sonra bufetə yaxınlaşıb yeşiyi açır ki, pul götürsün. Pulu sayır və Oğulla Qızı

göstərərək Arvada) Bunlardan hansısa yenə burdan pul götürüb...

Oğul bir tərəfə baxır, Qız o biri tərəfə baxır, guya ki,

bu sözləri eşitmirlər.

A r v a d. Nə bilirsən ki, bunlar götürüb, bəlkə elə mən özüm götürmüşəm?

K i ş i. Yox, sən götürməmisən!

A r v a d. Nə bilirsən?

K i ş i. Çünki sən götürəndə hamısını götürürsən!

Qapının zəngi çalınır.

A r v a d. Səhər-səhər xeyir ola? (Oğula) Get qapını aç.

O ğ u l. Bu görkəmdə?

Q ı z. Sən oğlansan da, nə olar?

O ğ u l (hiddətlə). Necə nə olar? Mən o boyda Siyasi Büronun üzvüyəm!

A r v a d. Yaxşı, gəlin bu tərəfə, qoy papa açsın! (Gedə-gedə.) Allahın altında bir Şaxta baba

girəydi içəri, deyəydi ki, alın, bu da sizin lüstürünüz!

Arvad, Oğul və Qız səhnədən çıxırlar. Kişi gedib qapını açır.

D o s t (tələsik səhnəyə daxil olur). Gün aydın! Gün aydın! Nə iyi oldu ki, səni evdə buldum!

K i ş i. Yenə mənimlə türkcə qırıldadırsan?

D o s t. Əvət!.. Əvət!.. Biz türk soylu insanlarız! (Sidq-ürəkdən təəccüb edir.) Başqa türlü nasıl

olur?

Pauza.

254

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!