16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

M a h m u d (Sofini eşitməyərək, Qocaya). Nədir bu?

Sofi heyrətlə ətrafa baxır və heç nə görmür. Qoca yalnız Mahmudun gözlərinə görünür.

Q o c a. Dörd kitabdı...

M a h m u d. Sən kimsən?

Q o c a. Musayam, Davudam, Isayam, Məhəmmədəm...

M a h m u d. Allahsan?

Q o c a. Yox, adamam, sənəm, oyam, mənəm, Məryəməm, Sofiyəm...

M a h m u d. Bəs, dərd... dərd əlindən necə çatlamır sinən?

Q o c a. Sən dərdi görürsən, dərd axtarırsan, hər şeydə, amma mən o dağları da görürəm, bu

otları da, çiçəkləri də, görürəm, bu çayı da görürəm, səndə nə yaxşı var, onu da, görürəm...

Qoca gedir.

S o f i. Sən indi gərək yorğan-döşəkdə yatasan, bala... Bəsdi, qoymayacağam buradan

tərpənəsən. Elə buradaca əylənək bir az, sonra görək başımıza nə gəlir...

Uzaqdan Xanəndənin səsi gəlir.

S o f i. Dünyanın nə çox şəhəri, gedib birində məskən salarıq, ev-eşik düzəldərik... Səni

evləndirərəm, Mahmud, oğul-uşaq sahibi olarsan, ondan sonra hər şey düzələr...

M a h m u d (əli ilə uzağı göstərir). Eşidirsən Sofi?

S o f i. Nəyi?

M a h m u d. Xanəndənin səsini...

Sofi təəccüblə Mahmudun göstərdiyi səmtə

tərəf baxır və heç nə eşitmir.

S o f i n i n s ə s i. Lap yaxşı oldu, sənə bu da azdı! Sən iztirab çəkirsən ki, bu yazıq

soyuqlayıb, sayıqlıyır, amma o səni ələ salır, sənə bu da azdı! Nə istəyirsən ondan, səfərdən

döndərib hara aparacaqsan onu, bəlkə Gəncəyə aparacaqsan ki, Bayandur bəy, kəs bunun başını?

Üstəlik mənim də başım peşkəşdir, hə?.. Hansı başqa şəhərə aparacaqsan onu, avam kişi? Sən

görmürsən ki, bu bədbəxt elə bir əlacsızlıq içindədir ki, heç bir işıq ucu yoxdu?.. Tutalım ki, getdik

o məlun keşişi tapdıq, sonra nə olsun? Keşiş Mahmuda qız verəndi? Kimi var indi Mahmudun ki,

qızı keşişdən alıb buna verə? Lap elə bil, tutalım ki, mən əlimi qurşağıma saldım, daş-qaş gücünə

keşişi razı saldım, keşiş qızını Mahmuda verdi, sonra nə olacaq?.. Bu divanədi... Divanədi? Bəlkə o

Hatifin səsini eşidir, amma sən o səsi eşidə bilmirsən, hə? Olsun! Elə olsun! O, helədi, mən

beləyəm! Indi mən bu qədər daş-qaşı götürüb Mahmudla keşişə verməliyəm ki, alın, xərcləyin, mən

də ölənə qədər sizin qulunuz olacağam!? Nə üçün? Niyə axı? Niyə? Mən həmişə qaşiyəkeş

olmuşam, qoy, indi mənim də yəhərimin örtüyünü gəzdirsinlər!..

Sofi əli ilə belindəki qurşağı yoxlayır və yavaş-yavaş geri qalmağa başlayır. Mahmud yoluna davam edərək

səhnədən çıxır.

S o f i. Allah qafirüzzənbdir!.. Allah günahları bağışlayandır!..

Sofi geri çönüb sürətlə səhnədən çıxır.

İ ş ı q s ö n ü r.

İYİRMİNCI ŞƏKİL

326

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!