16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Z i b a x a l a. Al, Ələkbər, qoy yadigar qalsın səndə!

Q a v r i l. Bəs mənim... qələmim?..

Z i b a x a l a. Ələkbər ağıllı oğlandı! Qoy, onda qalsın!

Q a v r i l. Bəs...

Z i b a x a l a (onun sözünü kəsir). Alun, bu da mənim adresim! Özüm də yazacayam sizə!

Q a v r i l. Allah qoysa... Allah qoysa...

Işıq Müəllifin üzərinə düşür.

M ü ə l l i f. Ziba xalanın mənə bağışladığı o avtomat qələm mənim bütün içimə bir ruh

yüksəkliyi, bir coşğunluq doldurmuşdu. O avtomat qələm bizim evə də bir sevinc gətirmişdi. Anam

o avtomat qələmi fəxrlə bizə gələn arvadlara göstərirdi. O qələm bizim evdə bir nikbinlik əmələ

gətirmişdi. Mən də gələcəkdə Qavril kimi sürətlə yazacaqdım və mən o qələmi səfərdən qayıdan

atama göstərəndə, atam qələmin o tərəfinə-bu tərəfinə baxıb dedi: «Böyüyəndə, bilirsən, nədən

yazarsan bu qələmlə?» Mən: «Nədən?» – soruşdum. Atam: «Bax, bizim bu məhəllənin

adamlarından!» – dedi... Az sonra atamı da cəbhəyə apardılar...

İ ş ı q s ö n ü r.

ON ALTINCI ŞƏKİL

M ü ə l l i f, Ə l ə k b ə r, S o n a, S ə f u r ə x a l a, Ə d i l ə.

Məhəllə. Günorta. Sonra axşam.

Ədilə ilə Ələkbər üz-üzə gəlir.

Ə d i l ə. Ələkbər, necəsən?..

Işıq Müəllifin üzərinə düşür.

M ü ə l l i f. Ədilə bu sualı elə verdi, elə bil, əslində, başqa şey deyirdi. Deyirdi ki, mənim

halım çox pisdi, Ələkbər, mənim ürəyim gülmür, Ələkbər. Mən dünyanın ən bədbəxt adamıyam,

Ələkbər, mən yazığam, kimsəsizəm Ələkbər!.. Sonra Ədilə birdən-birə mənə dünyanın ən təsirli

sözlərini dedi.

Ə d i l ə. O sirkin biletlərini yadigar saxlamışam, Ələkbər...

M ü ə l l i f. Və Ədilənin də, mənim də gözlərim doldu. Bundan sonra mən Ədiləni, bir də heç

vaxt görmədim.

Pauza.

Kübra xalanın vəfatından bir il keçəndən sonra birdən-birə məhəlləyə belə bir xəbər yayıldı ki,

Muxtar özü üçün papaqçı Əbülfətgilə elçi gedib və Ədilənin hərisini alıb, Ədiləni Muxtara ərə

verirlər...

Işıq Ələkbərgilin evinə düşür. Ələkbər nöyüt lampasının

yanında oturub. Səfurə xala ilə Sona mizin arxasında əyləşiblər.

367

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!