16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Kişi(təəccüblə Ədiləyə baxır). Mənim məktubum? Nə məktub?

Ə d i l ə. Bəli, sizin. Buyurun! Bu sizin məktubdur. Görürsünüzmü, üstündə heç nə

yazılmayıb.

Kişi(son dərəcə təəccüblə). Axı, mənə nə məktub gəlməlidir ki? Siz məni hardan tanıyırsınız?

Qəribədir... Mənə nə münasibətlə adsız məktub yazmalıdırlar? Mənim adım yoxdu bəyəm?

Pauza.

Ə d i l ə (elə bil ki, yuxudan ayılır). Bağışlayın... Bağışlayın... Mən, deyəsən, lap ağlımı

itirmişəm... Lap dəli olmuşam deyəsən... Bağışlayın... (Asta addımlarla öz yerinə qayıdır.)

K i ş i. Bu nə deməkdir? Qəribə adamlar var dünyada... (Oturub yazısına davam edir.)

Y o l d a ş T ə k. Yoldaş Ədilə, bilmirəm sizə nə olub.

Ə d i l ə (yerində oturaraq). Heç...

Q o c a P r o f e s s o r. Vallah, o məktub, deyəsən, mənim məktubumdur... Bir açın baxın

görək «Əliqulucan»la başlayır?

Y o l d a ş T ə k. Bu saat. Məktubu olarmı, yoldaş Ədilə?

Ə d i l ə. Olar. Əlbəttə olar. (Etinasızlıqla məktubu Yoldaş Təkə uzadır.) Buyurun.

Y o l d a ş T ə k (məktubu açıb oxuyur). «Əliqulucan, salam».

Qoca Professor(dərhal məktubu yoldaş Təkin əlindən alır). Verin bura! Adam başqasının

məktubunu oxumaz. Görürsünüz ki, mənimdir. Deyirəm, arvad sklerozdur də, zərfin üstündə adımı

yazmağı yaddan çıxarıb. Xudahafiz.

Qoca Professor çıxıb gedir. Ədilə qarşısına bir kağız qoyub nə isə yazır.

Y o l d a ş T ə k (diqqətlə Ədiləyə baxaraq). Yoldaş Ədilə, xəstə deyilsiniz ki?

Ə d i l ə (yaza-yaza). Yox, xəstə deyiləm.

Y o l d a ş T ə k. Həyəcanlanmışdınız bir az...

Ə d i l ə. Daha həyəcanlı deyiləm. Hər şey öz qaydasındadır.

Y o l d a ş T ə k. Onda sizə mane olmayım. Oturub rahat-rahat fikirləşin.

Ə d i l ə (ayağa qalxaraq). Yox, mən gedirəm.

Y o l d a ş T ə k. Gedirsiniz? Hara gedirsiniz? Evə gedirsiniz? Nə olar, icazə verirəm sizə.

Gedin evdə fikirləşin. Cavabını sabah deyərsiniz.

Ə d i l ə (əlindəki kağızı Yoldaş Təkə uzadaraq). Sabah sizə cavab verə bilməyəcəyəm, Yoldaş

Tək.

Yoldaş Tək (kağızı alıb oxuyur). Bu nədir? Siz işdən çıxırsınız? Nə üçün? Nə oldu?

Baba(qeyri-adi tərzdə.) Bəs mən?

Ə d i l ə. Belə məsləhət oldu.

Y o l d a ş T ə k. Hara gedirsiniz? Daha işləməyəcəksiniz?

Ə d i l ə. Işləyəcəyəm, əlbəttə. (Bir balaca ironiya ilə) Daha məqsədəuyğun bir müəssisədə

işləyəcəyəm, Yoldaş Tək.

Y o l d a ş T ə k (sarkazmla). Bəlkə gedib zavodda işləyəsiniz?

Ə d i l ə. Nə olar? Siz ictimaiyyətin mənafeyini hər şeydən yüksək tutmağı bizə öyrətmisiniz.

Y o l d a ş T ə k. Mən... Bəli. Amma...

Ə d i l ə. Privet.

B a b a. Nə?

Ə d i l ə. Xudahafiz. Yəni ki, adiyu... (Gedir.)

Pauza.

118

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!