16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

P a n t e l e y m o n P o l i k a r p o v i ç (tərəddüd içində). Net.. Vse je eto ne ona...

Ş ö b ə m ü d i r i (pəncərəyə tərəf boylanaraq öz-özünə). Sizi eşidirəm! Aha! Aydındır!

(Cidd-cəhdlə nəsə yazır.) Tır-pır flinqo fom-fom!.. Sar! Sar!

P r o f e s s o r. Yoxdu!.. Mənim dəlim burda da yoxdu!..

Ə d ə b i i ş ç i (kağızları hələ də sinəsinə sıxıb). Siz nə haqla burada, bizim redaksiyada dəli

axtarırsız? Bura bəyəm dəlixanadı?

Ş ö b ə m ü d i r i (yaza-yaza). Tır qır sır-sır? For!.. For!.. (Bir anlıq başını qaldıraraq

barmağı ilə Professoru hədələyir.) Qoy... Bu saat... Bu saat başım açılsın... Işimi qurtarım... Mən

sizi məhkəməyə verəcəyəm!

Ş ə f q ə t b a c ı s ı (sarsılmış). Nə?.. Məhkəməyə verəcəksiz?

Ş ö b ə m ü d i r i. Bəli!

Ş ə f q ə t b a c ı s ı (Professora tərəf işarə edir). Onu?

Ş ö b ə m ü d i r i. Bəli! (Redaksiya işçilərini göstərir.) Bunları bilmirəm, fəqət mən belə

təhqirə dözə bilmərəm!

Ə d ə b i i ş ç i. Mən də! Ilahi, sənə təşəkkür edirəm! Yaxşı ki, Simuzər bunları görmür!

(Sinəsinə daha da bərk sıxdığı kağızları öpür.)

Ş ö b ə m ü d i r i. Sizə kim ixtiyar verib ki, burada dəli axtarasız?

Ş ə f q ə t b a c ı s ı (tamam sarsılmış halda). Ixtiyar?

Ş ö b ə m ü d i r i. Bəli, ixtiyar!

Ş ə f q ə t b a c ı s ı (dəhşət içində). Ona kim ixtiyar verib?

Ş ö b ə m ü d i r i. Bəli, ona!

Ş ə f q ə t b a c ı s ı. Axı, siz... siz onu tanımırsız!

Siyasi icmalçı (tamaşaçılara). Mən bir şeyə məəttələm ki, bunların üsulu dəyişmir ki,

dəyişmir! Gərək nə qədər kütbeyin olasan ki, bircə dənə də təzə şey tapmayasan!

P a n t e l e y m o n P o l i k a r p o v i ç (Şəfqət bacısına baxa-baxa). A mojet ona? Tumanı

içinda bir xal var idi... (Yanını göstərir.) Vot zdes!. Kak uznat?

M ə s u l k a t i b. Axı, niyə, ay qızım, lap yaxşı tanıyırıq onu! Fəxrimizdi! Keçən il Fransa

Akademiyasının mükafatını almadı? Aldı! Filippində onun adına küçə qoymayıblar? Qoyublar!

Ş ə f q ə t b a c ı s ı (bu miskin adamların əhatəsində daha özünü saxlaya bilmir). Xeyr! Siz

onu tanımırsız! Siz heç nə bilmirsiz! Sizin böyük həqiqətdən xəbəriniz yoxdu!

S i y a s i i c m a l ç ı (tamaşaçılara). Aha! Görək indi hansı valı işə salıblar!

Ş ə f q ə t b a c ı s ı. Siz yalançı bir aləmdə yaşayırsız! Yazıqlar! Miskinlər! Özünüzün isə

bundan xəbəriniz yoxdu! Siz bilmirsiz ki, kimlərlə bir yerdə yaşayırsız! Bax, bu havanı kimlərlə bir

yerdə udursuz! Suyu kimlərlə bir yerdə içirsiz! Heç nə görməyən gözləriniz kimlərə baxır! Ah, sizin

kor gözləriniz!

P a n t e l e y m o n P o l i k a r p o v i ç. Vse je ona mani arvadı Şarabanu xanuma oçen

oxşadı!.. Oçen!..

Ş ə f q ə t b a c ı s ı. Siz burada öz qınınıza girib, burnunuzun ucundan uzağı görmürsüz!

Ə d ə b i i ş ç i. Bu nə danışır belə?

P r o f e s s o r (Şəfqət bacısına). Rica edirəm, kifayətdi...

Şəfqət bacısı (çılğın). Yox, Professor! Mən artıq dözə bilmirəm! Bu yazıqlar, bu məzlum

insanlar həqiqətdən xəbərsizdirlər! Gör rəzalət, nadanlıq, cəhalət hansı mərtəbəyə qalxıb ki, bunlar

sizi məhkəməyə vermək istəyirlər! Bunlar sizi tanımırlar!

M ə s u l k a t i b. Ay mənim qızım, yenə deyirsən tanımırıq onu? Tanıyırıq! Onu bütün

vətəndaşlarımız tanıyır! Keçən il Venesuelada Beynəlxalq Psixiatrlar Cəmiyyətinin vitse-prezidenti

seçilmədi? Seçildi axı!..

Ş ə f q ə t b a c ı s ı (son dərəcə həyəcanlı). Yox! Siz onu tanımırsız!

P r o f e s s o r (Şəfqət bacısına). Rica edirəm... Lazım deyil...

244

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!