16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ə d i l ə. Kəklikotunun iyini hiss edirsinizmi? Biz nağıl içində deyilik ki?... (Dərindən nəfəs

alır.) Tab gətirəcəksinizmi bu iyə? (Yenə dərindən nəfəs alır.) O dağlara baxın. Dumanlı dağlar...

(Sualdolu nəzərlərlə Kişiyə baxır, elə bil nə isə gözləyir.)

K i ş i (kiçik pauzadan sonra).

Dağlar dumana qaldı,

Otu sarala qaldı.

Soyuq bulaq, göy çəmən–

O da marala qaldı...

Ə d i l ə (onun qoluna girir). Bir dəfə də ora gedərik, bax o dağların təpəsinə qalxarıq. Alaçıq

qurarıq orda... Baxın nə qədər gül-çiçək var... Mən bu yerlərdə olmuşam, amma heç zaman belə

həzz almamışam... bu sizə görədir... (Dərindən nəfəs alır.) Hop-hop quşlarının səsini eşidirsinizmi?

Bilirsinizmi onlar nə deyir? Onlardan birinin adı Isa, o birinin adı Musadır. Elə hey bir-birlərindən

soruşurlar: «Isa, tapdın? Musa, yox, Musa, tapdın? Isa, yox...» Onlar iki qardaş idi. Ikisi də çoban

idi. Bir gün çox sevdikləri bir quzu itir. Onlar nə qədər axtarırlarsa da quzunu tapa bilmirlər.

Allahdan arzu edirlər ki, quş olub quzunu axtarsınlar. Allah da onları quş edir. Amma indiyə qədər

axtarırlar, quzunu tapa bilmirlər... Görürsünüzmü, Allah onları o saat quş edir, amma kiçik bir

quzunu onlara göstərmir ki, əzablarına son qoysun... Bəlkə quzunu canavar aparıb? Axı, bu dağlar,

bu meşələr canavarla doludur... Amma biz söz vermişik ki, bu gün canavarlardan, tülkülərdən,

çaqqallardan danışmayacağıq... Biz bu dağlara baxıb sevinəcəyik... (Yenə dərindən nəfəs alır.) Nə

üçün insanlar pis qoxuya tab gətirmir, amma kəklikotunun iyinə hamı tab gətirir? Axı, bu düzgün

deyil. Gərək pis qoxu pis adamların vecinə olmasın. Gərək pis qoxuya yalnız yaxşı adamlar tab

gətirməsin. Əslində gərək pis adamlar xoşlansınlar pis qoxudan... Gərək pis adamlar kəklikotunun

iyinə tab gətirməsinlər. Kəklikotunun iyinə ancaq yaxşı adamlar tab gətirə bilər...

K i ş i. Deməli, dünyada pis adam yoxdur?..

Ə d i l ə. Pis adam yoxdur? Niyə?

K i ş i. Çünki hamı kəklikotunun iyinə tab gətirir...

Ə d i l ə (sərt). Yox, bu düz deyil, mən belə istəmirdim. Bizim qonşuluğumuzda kor bir kişi

olurdu: Məmmədbağır kişi. O, deyirdi ki, dünyada pis adam yoxdur, çətini adamları yaxından

tanıyana qədərdir, yaxından tanıyandan sonra, fikrinə-zikrinə, güzəranına bələd olandan sonra, baxıb

görəcəksən ki heç kim pis adam deyil. Doğrudanmı belədir? Axı, rüşvətxora hansı bəraət ola bilər?

O necə yaxşı adam ola bilər? Yaltaq necə yaxşı adam ola bilər? Oğru necə yaxşı adam ola bilər?

Doğrudur, hamı kəklikotu iyindən xoşlanır, amma biri yaxşı işlər fikirləşə-fikirləşə, o birisi pis işlər

barədə fikirləşə-fikirləşə... Ola bilsin ki, biri heç kimə pislik etmək barədə fikirləşmir, öz mənfəəti

barədə fikirləşmir, amma o, bədbəxtdir, deməli, o, artıq adamdır, deməli, lazımsız adamdır; bu

gözəlliyə gərək deyil, bu çəmənə, bu dağlara gərək deyil, çünki o özü özünü xoşbəxt edə

bilməmişdir... Eşidirsinizmi cırcıramanı? Yazıq adam heç zaman bu gül-çiçək içərisində o cırcırama

səsinin məlahətini hiss etməyəcək. O, həmişə öz taleyinin qılıncı altındadır. O, heç kimə pislik

etməyib, heç zaman pis bir iş barədə fikirləşmir. Amma bədbəxtdir, yazıqdır, acizdir, deməli, pis

adamdır, çünki o gərəksizdir, lazımsızdır. Bədbəxtlər, yazıqlar, acizlər bugünkü cəmiyyətə yad və

yabançıdır... Mən də pis adamam.

Kişi (sakit). Niyə?

Ə d i l ə (ondan aralanaraq). Çünki mən, bax, bu yerlərdə çox olmuşam, axır vaxtlar da

olmuşam, Xəlillə birlikdə. Bu kəklikotu iyindən xoşallanmışam, bax, həmin dumanlı dağlara tamaşa

etmişəm, bax, bu Daşaltı çayının qıjıltısına qulaq asmışam, bu cırcırama səsinə valeh olmuşam və

bütün bunlar mənə sevinc yox, kədər bağışlayıb. Mən həmişə özüm barədə fikirləşmişəm, öz

uğursuz həyatım barədə düşünmüşəm. Bu gözəllik mənə yalnız qəm-qüssə gətirib, deməli, mən pis

adamam...

97

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!