16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Baba(hiddətlə). Ah, olaydı məndə ixtiyarınız... Kökünüzü kəsərdim. Findifülüşkalar! Burcudaburcuda

getmələrinə bax. (Göstərir.)

Y o l d a ş T ə k (Babaya yaxınlaşaraq.) Baba, sənə demişəm ki, bu qızlarda işin olmasın?!.

B a b a. Ay bunlara qız deyənə mən nə deyim. Görmürsünüz, Yoldaş Tək, sizin rəhbərlik

etdiyiniz müəssisəyə nə vid-fasonda gəlirlər. Qeyrət məni boğur axı...

Y o l d a ş T ə k. Eyb etməz, işin olmasın. Bunlar ən qorxulu adamlardır. (Ədiləyə işarə

edərək yavaş səslə) Bunu görmürsən?.. Yoldaş Məlikməmmədovun şəxsən özü ilə eşq-məhəbbət

macərasındadır, səhərlər onun evindən gəlir...

Baba(Ədiləyə baxaraq az qala pıçıltı ilə). Yoldaş Məlikməmmədov kimdir, Yoldaş Tək?

Y o l d a ş T ə k. Lap yuxarıların adamıdır.

B a b a (Ədiləyə baxa-baxa heyrətlə). Doğrudan?..

Yoldaş Tək başının işarəsi ilə təsdiq edir. Sonra hərə öz yerinə qayıdır. Adamlar poçt şöbəsinə girib-çıxmağa

başlayır. Ədilənin gözləri yenə yol çəkir. Onun bütün hərəkətləri mexanikidir. Qara frak geymiş Skripkaçı əlində

skripka içəri daxil olub Ədiləyə yaxınlaşır və skripkanı qaldıraraq düz Ədilənin başı üzərində çalmağa başlayır.

Kişi qapıdan içəri girir. Ədilə onu dərhal görür.

Ə d i l ə (şaşqın). Gəldiniz?..

K i ş i. Salam.

Ə d i l ə. Mən qorxurdum ki, siz gəlməyəcəksiniz...

K i ş i. Mən ki, sizə söz vermişdim.

Kiçik pauza.

Mənim məktubum gəlməyib?

Ə d i l ə. Yox, gəlməyib... Qoyun bir də baxım təzədən. (Məktubları araşdırır.) Yox...

K i ş i. Eyb etməz. Əslində mən sizi dəvət etməyə gəlmişəm.

Ə d i l ə (sevinclə). Məni dəvət etməyə? Hara?

K i ş i. Hara istəyirsiniz. Restorana gedək, oturaq, söhbət edək.

Ə d i l ə (eyni sevinclə). Restorana?.. Doğrudan? Harada?

K i ş i. Harada istəyirsiniz.

Yavaş-yavaş işıq sönür, digər işçilər, gedib-gələnlər, eləcə də

bayaqdan səhnənin sağ küncündə oturub elə hey corab toxuyan Qarı görünməz olur. Yalnız Ədilə ilə Kişi və

onların yanında durub skripkaçalan ifaçı görünür.

Ə d i l ə. Harada istəyirəm?.. Gedək... gedək Kislovodska... «Xram vozdux»da oturaq... Yox...

«Zamok»da oturaq, çaxır içək... Yox, yox, Şuşaya gedək... Cıdır düzünə... Istəyirsiniz Isa bulağına...

Yox, Cıdır düzünə... qoy kəklikotunun iyi burnumuzu deşsin, eybi yox, tab gətirərik. (Gülür.)

Daşaltına baxarıq... Qoy gözlərimiz qaralsın, biz heç nədən qorxmuruq. Lap istəsəniz Qırx

pilləkənlə aşağı düşərik... Biz uşaqlıqda həmişə yay ayları Şuşaya gedərdik. Onda atam sağ idi...

Mən də qayğısız, azad bir qız uşağı... Cıdır düzünə gedib dağlara baxırdım, arzulardım ki, tez

böyüyüm, bu dağların qarşısında, bu təbiətin qarşısında qadir olum, ürəyi sevgi ilə dolu olum,

qucaqlayım bu dağları, sevincimi bölüşüm kiminləsə... Indi isə... Indi isə yenə uşaq olmaq istərdim...

Yenə uşaq arzularımla özümü aldatmaq istərdim... Amma biz bu gün bu barədə danışmayacağıq. Biz

Cıdır düzünə gedib yalnız sevinəcəyik... Gedək?

K i ş i. Gedək.

Asta addımlarla səhnənin ortasına gəlirlər. Qara frak geymiş Skripkaçı da skripka çala-çala onların ardınca gəlir, sonra

onlar danışdıqca barmaqlarının ucunda yavaş-yavaş səhnədən çıxır və skripkanın səsi eşidilməz olur.

96

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!