16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Kişi(eyni sakitliklə). Siz öz həyatınızda ən əhəmiyyətli hesab etdiyiniz hadisəni danışmalısınız.

Ə d i l ə (özünü ələ alaraq). Bağışlayın... Bağışlayın... məni... Bu saat...

K i ş i. Buyurun.

Ə d i l ə. Mənim həyatımdakı ən əhəmiyyətli hadisə... Mən bir gecə, bir soyuq gecə ölümü

dərk etdim. Mən dərk etdim ki, xoşbəxt də olsam, bədbəxt də olsam, mənası yoxdur – mən ki,

öləcəyəm. «Nə olsun?» – bu ən dəhşətli sualdır. Bu ən dəhşətli şeydir ki, öz otağının buz divarları

arasında oturursan və əzabla ölümü dərk edirsən.

K i ş i. Bu ən dəhşətli şey deyil.

Ə d i l ə (bəlkə də, Kişinin bu qəti sözlərinə təəccüb edir). Siz ölümü dərk etmisinizmi? Hamı

bilir ki, öləcək. Hamı bilir ki, həyat daimi deyil. «Süleymana qalmayan dünya kimə qalacaq»

fəlsəfəsini hamı bilir. Lakin bunu dərk etmək, ölümü dərk etmək başqa şeydir. Bu – dəhşətdir. Bu –

ən dəhşətli şeydir.

Kişi(eyni sakitlik və qətiyyətlə). Bu ən dəhşətli şey deyil.

Ə d i l ə (çılğın). Bəs nədir ən dəhşətli şey? Bilirəm, deyəcəksiniz ki, həyatımız maraqlıdır,

kollektivdən ayrı düşmək olmaz... Deyəcəksiniz ki, iradəli olmaq lazımdır, mətanətli olmaq

lazımdır... Mən bunların hamısını bilirəm.

K i ş i. Mən də bunları bilirəm və bilirəm ki, siz də bunları bilirsiniz. Buna görə də mən

bunları sizə demirəm.

Ə d i l ə (mütəəssir). Bəs... bəs nədir sizcə... sizcə nədir ən dəhşətli şey?

Pauza.

K i ş i. Təsəvvür edin ki, bir nəfər bütün ömrü boyu səhnədə olub, bütün ömrü boyu artistlik

edib. Qocalıb. Onun hörməti də var, məşhurdur, onu sevənlər də çoxdur. Hamı ona öyrəşib, səhnəni

onsuz təsəvvür etmirlər. Hər yerdə yazırlar ki, istedadlıdır, hamı deyir ki, o, böyük aktyordur. Bir

gün o, alqışlarla keçən tamaşadan sonra evinə gedir. O, yorulub. Yatmaq istəyir. Lakin yata bilmir:

birdən-birə, qəflətən, gözlənilmədən dərk edir ki, istedadsızdır. Əsl istedad onda yoxdur. Dərk edir

ki, bütün ömrü boyu istedadsız olub. Bax, ən dəhşətli şey budur. Dərk edir ki, məşhurluğu da

yalançıdır, hörməti də yalançıdır, ona məhəbbət də müvəqqətidir. Dərk edir ki, hamını aldadır və

hamı aldanır. Cavan qızların hər gün ona göndərdiyi məktublardakı sevgi etirafları əslində səmimi

deyil və bunu həmin qızlar özləri də başa düşmür. O, hiss edir ki, heç zaman bu qızlardan heç birini

xoşbəxt edə bilməz, çünki istedadsızdır, həmin xoşbəxtlik yalançı olar. O, bütün varlığı ilə dərk edir

ki, həmişə özünü də aldadıb. Otellonu oynayıb, alqışlar qazanıb, lakin heç zaman özünü əsl Otello

hiss etməyib. Hamleti oynayıb, yenə də alqışlar qazanıb, lakin Hamletin hissləri heç zaman onun

üçün doğma olmayıb. Bax, burada ölüm təskinlikdir, çünki bu zaman ölüm ən dəhşətli bir şeyə

çevrilir. «Nə olsun?» – onsuz da hamımız öləcəyik. Əgər biz bütün həyatımız boyu özümüzü də,

başqalarını da aldatmışıqsa – nə olsun? – onsuz da hamımız öləcəyik. Əgər biz öz bədbəxliyimizi

görürüksə – nə olsun? – onsuz da hamımız öləcəyik. Biz bədbəxtlər də, başqa xoşbəxtlər də, biz

acizlər də, başqa cəsurlar da. Bu zaman ölüm dəhşətdir, çünki ölüm öz istedadsızlığımızı, öz

uğursuzluğumuzu görüb dəhşətə gələrkən bizim imdadımıza yetir. Ölüm dəhşətdir, çünki öz

qadirsizliyimizi görüb dəhşətə gələndə köməyimizə yetir. Öz puçluğumuzu, öz boşluğumuzu, öz

mənasızlığımızı görəndə ölüm ən dəhşətli şeydir, çünki köməyimizə yetir, təskinlik tapırıq – nə

olsun? – hamımız öləcəyik. Nə üçün mübarizə edək, nə üçün öz həyatımızı yenidən quraq, nə üçün

gecə içimizdən baş qaldıran filosofu səhər öldürməyək, onsuz da öləcəyik. Bax, bu ölüm ən dəhşətli

şeydir.

Ə d i l ə (həyəcanla). Yox... Düz demirsiniz. Düz demirsiniz.

K i ş i. Nə üçün siz sevmədiyiniz bir adama ərə getmisiniz?

Kiçik pauza.

106

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!