16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Pauza.

Züleyxa sarsılır.

G ü l z a r. Oy-y... Mən heç bilmirdim...

Ə d i l ə (sakit). Mən bilirdim.

Züleyxa (son dərəcə sarsılmış halda). Çünki, çünki Adil məni almayacaqdı...

Gülzar(heyrətlə). Oy-y...

Z ü l e y x a. Çünki... mən Adilçün adicə kef mənbəyiydim... Gedib təmiz ev qızı aldı. Day

bilmir ki, həmin təmiz ev qızı onun qulağının dibində nələr edir... Amma mən etməzdim...

(Qışqırır.) Etməzdim...

G ü l z a r. Sakit ol. Zülya... Sakit ol...

Kişi(Gülzara). Siz nə üçün dünən axşam öz qoca ananızı təhqir etdiniz?

Pauza.

G ü l z a r. Doğrudur. Düz deyirsiniz. Mən dünən anamı təhqir etdim. Özü də bu, ilk dəfə

deyil... Çünki... çünki mənim bu günə düşməyimə, heç kimə lazım olmamağıma, arzusuzluğuma,

xəyalsızlığıma özümdən çox o təqsirkardır... Çünki... mən cəmi on altı yaşında gecə saat on ikidə

evə gələndə o məni tənbehləmirdi, şirin-şirin yatırdı... Satdığı pivədən əldə etdiyi qazanc onu daha

artıq maraqlandırırdı... Amma bütün bunlara baxmayaraq, anamı məndən çox istəyən adam yoxdur...

K i ş i. Gedə bilərsiniz.

Ikisi də asta addımlarla səhnədən çıxır.

Ə d i l ə. Sizin onlardan acığınız gəldi? Axı, sizin suallarınıza ən doğru cavabı onlar verdilər.

Ən doğru cavab: bizim həyatımızda heç bir əhəmiyyətli şey yoxdur. Onlar yalan quraşdırmadılar.

Onlar yalandan camaatın vəziyyəti ilə maraqlanmayıblar. Onlar Səlim kimilərini də saya salmırlar.

Necə var, bax, eləcədirlər. Buna görə də... (Susur.)

K i ş i. Buna görə də?

Ə d i l ə (kiçik pauzadan sonra). Buna görə də bədbəxtdirlər. Dünyanın ən bədbəxt insanları.

Arzuları yox... Xəyalları yox... Ona görə dünyanın ən bədbəxt insanları ki, öz bədbəxtliklərini

görürlər və bunu qanunauyğun hesab edirlər, bununla barışmağa çalışırlar... Kim bilir, bəlkə də bu

daha düzgündür...

K i ş i. Dünyanın ən bədbəxt insanı olmaqmı?

Ə d i l ə. Yox... (Kiçik pauzadan sonra) Öz bədbəxtliyinlə barışmaq bəlkə də səni ən bədbəxt

yox, nisbətən xoşbəxt edir...

K i ş i. Deməli, Züleyxa ilə Gülzar sizə nisbətən xoşbəxtdirlər, elədirmi? Siz ki, onlar kimi öz

bədbəxtliyinizlə barışmırsınız. Siz ki, daima əzab çəkirsiniz. Siz istəsəniz də barışa bilməzsiniz,

çünki bu mümkün deyil.

Ə d i l ə. Nə üçün?

K i ş i. Ona görə ki, mən sizi tanıyıram.

104

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!