16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Qısır qarı(heyrətlə). Az, doğrudan doğruya aşiq olmusan sən?

Ceyran. Axmaq qarı! Sən görmürsən ki, onun atəşi necə yandırıb-yaxır məni?!

Qısır qarı.Ay Allah!.. Ömrümdə mənim bu səfeh ağlıma gəlməzdi ki, sən də aşiq ola

bilərmişsən!

Ceyran. Ondan danış...

Qısır qarı.Daha nə danışım? Oxuduğum Quran haqqı, qıldığım namaz haqqı, elə bil Yusifdi,

Kənandan gəlib... Bayaq çayın yanından keçirdim, gördüm ki, çimir. (Ağzını onun qulağına dirəyib

ləzzətlə nəsə deyir.) Hə!.. Hə!.. (Gülə-gülə) Həzrət Abbasın qılıncına gəlim ki, lap zor kişidi!..

Ceyran. Get, onu yenə çağır bura... Elə elə ki, gəlsin, eşidirsən, qarı, elə elə, gəlsin! Tovla, vəd

ver, şirnikdir, nə edirsən et, amma gəlin bura!..

Qısır qarı gedir. Ceyran pərdənin arxasına keçir və soyunub yuyunmağa başlayır. Mehtər Cəfər çadıra daxil olur

və yuyunan Ceyranın kölgəsini görüb dayanır.

Cəfər (pıçıltıyla). Hər dəfə onu görəndə bütün bədənim titrəyir... Dözə bilmirəm daha, onun o

bədəni, onun o sifəti, o gözləri gecə-gündüz məni öldürür... Bir dəfə, bircə dəfə əlimi onun

bədənində gəzdirməkdən ötrü, bütün qalan həyatımı verərəm... Məhv oluram... Ölürəm mən...

M a h m u d. Gedək burdan, Sofi. O qadın məni təqib edir, o qadında bir sehr var, Sofi, mən

qorxuram... Mənim cismim məni o qadına tərəf çəkir, Sofi, qaçaq burdan! Rüsvay olaram mən, Sofi,

qaçaq!

S o f i. Hara qaçaq, ay bədbəxt? Ay dünyadan bixəbər, hara qaçaq?!

Qısır qarı onlara yaxınlaşır. Mahmud, elə bil, özünü itirir.

Qısır qarı. Boy, başıma xeyir!.. Məni görəndə, elə bil küpəgirən qarı görür! Mən səni bəxtəvər

eləmək istəyirəm, ay ağzının dadını bilməyən cavan! Gedək mənimlə, bax, o çadıra. Gözləyir səni,

təkcədi. Oxuduğum Quran haqqı, qıldığım namaz haqqı, bir bədən var onda, elə bil, balıqdı, əlini

qoysan, sürüşəcək... Bir döşlər var onda, vallah, mən dünyanın heç bir hamamında o cürə şamamalar

görməmişəm. Bir baldırlar var onda, bir bel var onda! Deyir, gəl, götür məni də, səndən başqa bir

umacağı ki, yoxdur! Sonra da hara istəyirsən, çıx get də! Özü də çimir indi... Hə, gəl bəri, aparım

səni çadıra, özün qurula onu məhrabayla, gəl, gəl bəri!..

M a h m u d (çılğın). Gedək, gedək burdan, Sofi, gedək!.. (Qaçıb səhnədən çıxır.)

Qısır qarı.Get, köpək oğlu, get! Bir qara daş da dalınca!.. (Sofiyə) Sən niyə ağzının suyunu

axıdırsan?.. Sənin üçün çimir o?

Səhnə qaralır və işıq yalnız Ceyranın üzərinə düşür.

Ceyran.

Ta nəyaba morad xiş beçuş,

Ta nəsazət zamana ba to, beso...

324

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!