16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

P r o f e s s o r (sevincək qışqırır). Tapdım! Tapdım!

Ş ə f q ə t b a c ı s ı (sevincindən kövrələrək). Təbrik edirəm, Professor!

P r o f e s s o r (Baş redaktora). Mənim əziz dəlim!

Birdən özünə gələn Baş redaktor dəhşətli bir qorxu içində səhnə boyu qaçmağa başlayır ki, canını qurtarsın.

Professor, sonra Şəfqət bacısı Baş redaktorun ardınca qaçırlar.

P r o f e s s o r. Qaçır! Qoymayın!

Ş ə f q ə t b a c ı s ı. Tutun onu!

Professor. Qaçma! Qaçma, mənim sevimli dəlim!

Ş ə f q ə t b a c ı s ı (təngnəfəs). Tutun onu! Oy! Oy! Tutun onu!

P a n t e l e y m o n P o l i k a r p o v i ç. Çto s toboy, rodnaya moya, Şarabanu?

M ə s u l k a t i b. Dəli?

Ə d ə b i i ş ç i (kağızları sinəsinə sıxıb). Mənim əvvəldən ondan gözüm su içmirdi!

Ş ö b ə m ü d i r i (pəncərə tərəfə baxaraq bərkdən kosmosla danışır). Sır pır dır-dır? Aha!

(Daha da bərkdən) Bəli, dəlidi! Dəlidi!

K a t i b ə. Mən də!.. Mən də hiss edirdim ki, o dəlidi! Elə sözlər deyirdi ki!.. (Qollarını geniş

açıb quş qanadı kimi, doyunca yelləməyə başlayır.)

S i y a s i i c m a l ç ı (tərəddüd içində). Yoxsa, bu elə doğrudan da dəli imiş?

P a n t e l e y m o n P o l i k a r p o v i ç. Şarabanu!.. Çto s toboy?

P r o f e s s o r. Qaçır! Qoymayın!

Ş ə f q ə t b a c ı s ı. Tutun onu!

Ş ö b ə m ü d i r i. Dəli!

Ə d ə b i i ş ç i. Dəli!

Baş redaktor qaçıb səhnədən çıxır.

P r o f e s s o r. Qoymayın! Qoymayın! Qaçır!

Ş ə f q ə t b a c ı s ı. Tutun onu! (Panteleymon Polikarpoviçə) Vozmi eqo!

P a n t e l e y m o n P o l i k a r p o v i ç. Çto?

Ş ə f q ə t b a c ı s ı. Vozmi eqo! (Professorun ardınca qaça-qaça səhnədən çıxır.)

Şöbə müdiri, kağızları sinəsinə sıxmış Ədəbi işçi, Siyasi icmalçı, qollarını quş qanadı kimi yelləyən Katibə:

– Dəli!..

– Dəli!..

– Dəli!..

– Dəli!..

– deyə qışqıraraq qaça-qaça onların ardınca səhnədən çıxırlar.

P a n t e l e y m o n P o l i k a r p o v i ç. Şarabanu!.. Kuda tı?..

M ə s u l k a t i b. Dəli? Hə də, el hara, sən də ora! Deyirlər dəlidi, deməli, dəlidi! (Onların

ardınca qaçıb səhnədən çıxır.)

P a n t e l e y m o n P o l i k a r p o v i ç (boş otaqda qalıb qaçanların ardınca baxa-baxa

bərkdən). Şarabanu! Şarabanu! Vernis, doroqaya! Man sani qara xalı opdu! Mani azizi! (Onların

ardınca qaçıb səhnədən çıxaraq) Şarabanu! Supruqa moya nenoqlyadnaya!..

İ ş ı q s ö n ü r.

247

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!