16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

M i l i s n ə f ə r i. Bəs onda nə istəyirsən?

X a n ı m a r v a d. Buranın böyüyüynən işim var!

M i l i s n ə f ə r i. Şipyon tutmusan?

X a n ı m a r v a d. Nə?

M i l i s n ə f ə r i. Heç nə. Doğrudan işin var sənin?

X a n ı m a r v a d. Necə yəni doğrudan?! Oyun oynayıram burda səhərdən?

M i l i s n ə f ə r i. Lap vacib işdi?

X a n ı m a r v a d. Hə!

M i l i s n ə f ə r i. Qoy gedim bir dejurnuya zəng edim...

X a n ı m a r v a d. O kimdi elə?

M i l i s n ə f ə r i. Dejurnudu də...

X a n ı m a r v a d. Buranın böyüyüdü?

M i l i s n ə f ə r i. Yox, ay bacı... Buranın böyüyünə mən zəng eləyə bilərəm? Dejurnu,

dejurnudu də...

X a n ı m a r v a d. Mənə buranın böyüyü lazımdı, ay kişi, başa düşmədin sən?

Maşın səsi gəlir, sonra qapı açılıb-örtülür, sonra qaranlıq içindən şinelli bir kişi çıxıb onlara tərəf gəlir. Milis

nəfəri dik dayanır. Şinelli kişi Xanım arvada baxıb binanın qapısına tərəf gedir və bir də geri çevrilib diqqətlə

Xanım arvada baxır.

İ ş ı q s ö n ü r.

SƏKKİZİNCİ ŞƏKİL

Ə l i a b b a s k i ş i, H ə l i m ə, M ə m m ə d b a ğ ı r, X a n ı m a r v a d, Ş i n e l l i k i ş i, o r q a n i ş ç i l ə r

i.

On üç il əvvəl. Əliabbas kişinin mənzili. Gecə. Eşikdə yağış yağır.

Həlimə yorğan-döşəkdə uzanıb. Əliabbas kişi əsnəyə-əsnəyə stulda oturub. Məmmədbağır nöyüt lampasının

işığında qəzet oxuyur. Xanım arvad Həlimənin yatağının kənarında əyləşib.

X a n ı m a r v a d (ayağa qalxır). Yaxçı day, mən gedim.

H ə l i m ə. Çox sağ ol, ay Xanım. Allah sənnən razı olsun. Qonşuluqdan əskik olmaginən!

Mənim çox əziyyətimi çəkirsən sən.

X a n ı m a r v a d. Əziyyət yoxdu, ancaq sən də xəstələnmə.

Həlimə. Allah sənün oğlanlaruvun altısını da xoşbəxt eləsin!

Ə l i a b b a s k i ş i. Illah amin!

X a n ı m a r v a d. Siz də yatun.

H ə l i m ə. Çox sağ ol.

Ə l i a b b a s k i ş i (oğluna). Dur, bala, dur, get, sən də yat...

M ə m m ə d b a ğ ı r. Qəzeti oxuyub, yatıram. (Pəncərəyə tərəf baxır.)

Ə l i a b b a s k i ş i. Kor eliyirsən gözlərüvü, söndür işığı, get, yat. Çox oxudun, oldun Səttar

Məsum, sonrası nə olsun?

X a n ı m a r v a d. Elə demə, Əliabbas. Oxumayanda bəs kim olacaq?

Ə l i a b b a s k i ş i. Sözdü, deyirəm də... Adamı yandırır axı... Görmədün, yazıq Mirzə

Səttarın qəzəllərindəki güldə, bülbüldə şipyon axtarıb tapdılar? Alə, belə də müsibət olar, ay başuva

dönüm?

Məmmədbağır pəncərəyə tərəf boylanır.

Sən nə tez-tez pəncərəyə boylanırsan?

355

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!