16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

X ə l i l. Hərçənd Səlim mənim dostumdur, amma kurorta getdiyimiz yerdə on iki manat otuz

qəpik bəxşişə vermək də bir şey deyil, öz aramızdır... Düzdür, Səlim bəxşişə-zada fikir verən deyil,

amma əliboş getmək də olmaz axı...

Bayır qapısının zəngi çalınır. Xəlil qapını açmağa gedir.

Züleyxanın səsi. Salaməleyküm, Xəlil müəllim.

Gülzarın səsi. Axşamınız xeyir.

Xəlilin səsi. Salam, salam. Keçin içəri. Adıçka evdədir.

Züleyxa, Gülzar, ardlarınca da Xəlil səhnəyə daxil olurlar.

Z ü l e y x a. Yeyo vısoçestvo otdıxayet...

Ə d i l ə (ayağa qalxır). Gəlin.

X ə l i l. Elə yaxşı oldu gəldiniz. Mən gedirəm. Adıçka da darıxmaz.

Z ü l e y x a. Hara gedirsiniz, Xəlil müəllim?

X ə l i l. Mənim dostum Səlim Kərimovun oğlunun ad günüdür.

G ü l z a r. Bəs Ada?

Ə d i l ə. Mən getmirəm, həvəsim yoxdur. Oturun.

Qızlar otururlar.

Z ü l e y x a. Qonaqlığa nə həvəs?

X ə l i l. Nə qədər edirəm, getmir. Sizə bir yaxşı çay dəmləyimmi?

G ü l z a r. Çox sağ olun, Xəlil müəllim.

X ə l i l (şalvarının «pistonçik»indən iri saatını çıxarıb baxır). Yaxşı, mamoçka, daha vaxtdır,

mən getdim. (Gəlib Ədilənin yanağından öpür.) Sağ ol, darıxma, ancaq sən Allah... Sağ olun.

(Bağlamanı götürüb səhnədən çıxa-çıxa) Tez qayıdacağam.

Gülzar (Xəlilin ardınca baxa-baxa). Dünyada bu Xəlil müəllimdən yaxşı adam yoxdur.

Vallah, qızıldır.

Ə d i l ə. Neçə dəfə demişəm ki, ona «müəllim» demə.

G ü l z a r. Bəs nə deyim?

Z ü l e y x a. Xəliluşka.

Ə d i l ə (əsəbi). Bununçun gəlmisiz?

Z ü l e y x a. Yaxşı, yaxşı... (Gülzara işarə edərək, Ədiləyə) Bunun qiymətini heç

soruşmursan?

Ə d i l ə. Hə, doğrudan, Gülya, bu gün axı, sənin imtahanın idi. Neçə aldın?

G ü l z a r (Iki barmağını yuxarı qaldırıb göstərir). Özü də yağlısından.

Ə d i l ə (mütəəssir). Yox a?

Züleyxa(gülür). Neçə dəfə buna deyirəm ki, ay qız, bundan sonra daha səndən instituta girən

olmaz. Havayı yerə kağız-kuğuza vaxt sərf eləmə, baxmır.

G ü l z a r. Yayda əyaniyə verəcəyəm.

Z ü l e y x a. Qızın yaşda uşaqlarla padruqalıq eləyərsən.

109

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!