16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Z ü l e y x a. Guya ki, böyük iş olub: salam göndərdi. Bizimlə gəzirdilər, kompaniyalarda

laqqırtı vururdular, bizimlə tans eləməkdən ötrü bir-birilərinin üstünə bıçaq çəkirdilər, bizimlə

küçədə gedəndə özlərini başqalarına göstərib öyünürdülər...

G ü l z a r. Yəni ki, biz də bir kişiyik...

Z ü l e y x a. Hə, fors edirdilər, sonra da evlənmək vaxtı gələn kimi, gedib «ev qızı» tapıb

alırdılar. Papa qızı... Guya ki, bununla hər şey düzəldi...

Gülzar (lap qızışıb). Camaat «stilyaqa» deyib bizi bir tərəfə atırdı, yəni ki, sizə bir qoz, day

demirdilər ki, biz də adamıq...

Z ü l e y x a. Biz də ki, naivni uşaq...

Ə d i l ə. Bəsdirin siz Allah, yenə başlayıb ürəyimizi qısmayın görək, onsuz da bu gün

səhərdən ürəyim qısılır.

Z ü l e y x a. Düz deyir, əşşi... Pust oni idut k çertvoy materi. Görəsən, Fira mənə borc pul

verməz?

G ü l z a r. Fira indi adama salam verir ki, borc da verə?

Yoldaş Tək yerindən qalxıb bayır qapısına yaxınlaşır. Fikirli-fikirli çölə baxır. Baba da öz yerindən qalxıb ona

yaxınlaşır.

B a b a. Görürsünüz də, hava necə pisdir, Yoldaş Tək?

Y o l d a ş T ə k (fikrindən ayrılaraq hirslə Babaya baxır). Hava da çox gözəldir, həyat da

çox gözəldir, insanlar da çox gözəldir, bircə nadürüst adam varsa, o da sənsən.

Baba mısmırığını sallayıb gedir.

Gülzar(Yoldaş Təkə işarə ilə). Ada, deyəsən, yenə də çuvakın ovqatı təlxdir..

Z ü l e y x a. Nə olub ona?

Ə d i l ə. Yəqin arvadı yenə evdə kefinə soğan doğrayıb... Istəyirsiniz sizi yenə də tanış edim?

G ü l z a r. Adamla neçə dəfə tanış olarlar? Indiyəcən üç dəfə tanış eləmisən bizi.

Z ü l e y x a. Eybi yoxdur, dilxoşluqdur də. Hə, yenə tanış elə bizi, Ada, çağır onu bura.

Ə d i l ə (Yoldaş Təkə müraciətlə). Yoldaş Tək, Zulyayla Gülya düz bir ildir ki, məni dəng

ediblər ki, niyə onları sizinlə tanış etmirəm. (Yoldaş Tək qulaqardına vurub küçəyə çıxmaq istəyir.)

Sizinləyəm e, Yoldaş Tək, hara gedirsiniz? Xahiş edirəm, rəfiqələrimlə tanış olasınız.

Yoldaş Tək istər-istəməz onlara yaxınlaşır, həm də deyəsən bu qızların yanında özünü bir az naqolay hiss edir.

Züleyxa(cəld ayağa qalxıb ona əl uzadır). Zulya. (Yenə oturur.)

Yoldaş Tək(istər-istəməz Züleyxaya əl verir). Yoldaş Tək.

Gülzar da oturur. Yoldaş Tək ayaq üstədir.

Z ü l e y x a. Sizin nə maraqlı adınız var, lap ictimai mahiyyət kəsb edir: Yoldaş Tək. Çox

maraqlı...

G ü l z a r. Və simvolikdir.

Ə d i l ə. Elə deyil, Zulya, Yoldaş Təkin adı Yoldaş deyil. Alməmməddir, atasının adı da

Gülməmməddir; təxəllüsü də Tək.

Z ü l e y x a. Yəni ki, bir dənə.

Y o l d a ş T ə k (eyni ciddiyyətlə). Bəli.

G ü l z a r. Necə ki, Əliağa Vahid.

Y o l d a ş T ə k. Bəli.

G ü l z a r. Yoldaş Tək, siz mənə yaman tanış gəlirsiniz. Deyəsən, mən sizi harada isə

görmüşəm.

88

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!