16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

X a n ı m (nigaran). Nə ancaq?

Q ı z (bir az bikef). Ancaq... deyir ki... orda sədr yeri də tutulub... Baş katib yeri də...

X a n ı m. Nə olsun? Qoy gəlsin bizim partiyada ideoloji katib olsun! (Partiya liderinə baxır.)

P a r t i y a l i d e r i. Olar...

Q ı z. Görək də...

P a r t i y a l i d e r i (Kişiyə). Gəlsənə sənlə həyətə düşüb bir az gəzişək? Bir söhbətim var...

K i ş i (dərindən bir ah çəkir). Düşək də...

Q ı z. Suzik deyir ki...

İ ş ı q s ö n ü r.

DÖRDÜNCÜ ŞƏKİL

Bağça. K i ş i, Partiya l i d e r i, D o s t.

P a r t i y a l i d e r i. Bilirsən, əziz dost, yenə sənə bir balaca işim düşüb...

K i ş i. Yenə?

P a r t i y a l i d e r i. Hə...

K i ş i. Bilirsən, mənim həyatımda ən böyük arzum nədi?

P a r t i y a l i d e r i. Nədi?

K i ş i (gözəl xəyal aləminə qapıla-qapıla). Günlərin bir gözəl günündə görəydim ki, qapının

zəngi çalındı, bir gözəl Allah bəndəsi girdi içəri, dedi ki, əziz dost, əziz qardaş, əziz ata, sənə nə

lazımdı? Nə kömək eləyək sənə?..

Pauza.

P a r t i y a l i d e r i (əlini oynadır). Ay-hay!.. Millət bu saat öz müstəqilliyi uğrunda

mübarizə aparır, bu gör nə haydadı?.. Yox, əziz dost, belə olmaz!

K i ş i (o gözəl xəyal aləmindən ayrılır). Olmaz də, deyirsən?

P a r t i y a l i d e r i. Əlbəttə, olmaz!

K i ş i (ah çəkir). Yaxşı... Nə olub?

P a r t i y a l i d e r i. Bu siyasət aləmi, bilirsən də, bir müsibəti-Kərbəladı!..

K i ş i. Sənə deyən vardı ki, gəl başıvı sox bu müsibətin içinə? Gül kimi baytar idin,

oturmuşdun özünçün qoyunun, keçinin arasında!.. Bundan gözəl həyat ola bilərdi? Hayıf deyil

səhərdən axşamacan qoyunla, keçiylə, itlə, pişiklə oturub-durasan, bir nəfər də insan görməyəsən?!

Gül kimi heyvanlardı! Nə bir şey xahiş edirlər səndən, nə səhərdən axşamacan deyinirlər, nə lüstür

istəyirlər, nə Marksdan xəbərləri var, nə də Suzikdən xəbərləri var!..

P a r t i y a l i d e r i. Bəs millət? Bəs respublikamızın taleyi? Mən xalqımın rifahı naminə

siyasi mübarizəyə qalxmışam! Bizim müstəqil respublikamız...

K i ş i (onun sözünü kəsir). Yaxşı!.. Mənə yox də!..

P a r t i y a l i d e r i. Bu nə sözdü? Sən mənim milli hissimə toxunursan!.. Mənim vətəndaşlıq

prinsiplərim buna dözə bilməz!

K i ş i. Bəsdi, sən Allah! (Yamsılayır.) «Mənim milli hissimə toxunursan... Mənim vətəndaşlıq

prinsiplərim...» Bəs sən deyildin sovet vaxtı təklif eləyən ki, Bakının adını dəyişdirib Brejnevabad

qoyaq?

P a r t i y a l i d e r i. O zaman mən kommunizm ideallarına inanırdım! Leninə inanırdım!..

Brejnevə inanırdım!..

K i ş i. Yenə başladın? Hərdən xudmani məclislərdə bir az vuran kimi, sən deyildin

Brejnevdən biədəb anekdotlar danışan?

262

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!