16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

G ü l z a r. Məni kəsilməyim yandırmır e, Ada, Səadət xanımın mənə «iki» verməyi yandırır.

Otuz ildir bizimlə qonşudur. Onun qruppasına düşmüşdüm, elə bil heç məni tanımır, bir dənə zırpı

«iki», Solmaz var e, o biri qonşumuz, ona «beş» verdi. Bayaq çıxıb küçədə qabağıma. Deyirəm ki,

Səadət xanım, niyə mənə «iki» verdiniz, amma Solmaza «beş», yəni Solmaz məndən yaxşı bilir?

Deyir ki, (yamsılayır) Gülzar, bəyəm sən bilmirsən ki, mən səni nə qədər çox istəyirəm? Deyir ki,

mən Solmazı görəndə heç salam vermirəm, amma səni görəndə həmişə qucaqlayıb öpürəm. Dedim

ki, Səadət xanım, yaxşısı budur ki, siz Solmazı qucaqlayıb öpün, amma «beşi» mənə verin.

Ə d i l ə (gülür). Yaxşı oxu də...

G ü l z a r. Oxuyuram də...

Z ü l e y x a. Düz deyir, Ada, oxumağına oxuyur...

G ü l z a r. Mürdəşir əliəyri adamların üzünü yusun.

Z ü l e y x a. Yavaş de, Baba eşidər...

G ü l z a r. Ada, deyirəm, görəsən, Babanın arvadı onunla necə yatır?

Ə d i l ə. Mən nə bilim, gecə yanlarında oluram bəyəm?

Züleyxa (əlini yelləyir). Eh, vse oni k çertovoy materi... durun gedək kinoya. Yaxşı kino gedir,

Ada. «Qansterlər və filantroplar». Yaxşı da havadır – çisəkləyir bala-bala. Elə bil yaz axşamıdır.

G ü l z a r. Hə, geyin, Ada, gedək. Lap o vaxtlardakı kimi. Gedək oturaq, gülək. Ürəkdən

gülək. Elə bilək ki, yenə on yeddi yaşımız var. Yadımızdan çıxaraq hər şeyi.

Z ü l e y x a. Bəlkə mən də rahat yatdım bu gecə, daha krinplin palto yuxuma girmədi...

G ü l z a r. Əşşi, əl çək, sən Allah bu krinplin paltodan. Dur, Ada, dur geyin.

Ə d i l ə (bir biganəliklə). Yox, mən getmirəm.

Z ü l e y x a. Getmirsən?

G ü l z a r. Biz də Səlim Kərimovun oğlunun den rojdeniyasına getmirik ki...

Ə d i l ə (eyni biganəliklə). Yox, həvəsim yoxdur, siz gedin. Mən getmirəm.

Kiçik pauza.

Z ü l e y x a. Ada, sənə nə olub bu axır vaxtlar? Gəl ciddi danışaq.

Ə d i l ə (gülümsəyə-gülümsəyə). Ciddi danışmaq sənə yaraşmır. Mənim də ciddi danışmağa

həvəsim yoxdur.

Gülzar(ironiya ilə). Doğrudan da. Biz nə münasibətlə ciddi danışmalıyıq? Bizə ciddi danışmaq

yaramaz. Bizim ciddi danışmağa hüququmuz yoxdur. Biz gərək həmişə üzdən gedək. Biz gərək

özümüz də özümüzlə zarafat edək, gərək gizlənək özümüz özümüzdən.

Z ü l e y x a. Sən Allah, axşam-axşam qanımızı qaraltmayın. (Əsəbi halda) Indi neyləyək,

gedək, özümüzü öldürək? Başlamayın faciə oynamağa axşam vaxtı. Heç olmasa tamaşaçılara

yazığınız gəlsin.

Gülzar(açıq ironiya ilə). Bilin ki, bu saat, haradasa uzaq səhralardan birində, Atakama

səhrasında gözəl bir qız bir qurtum suya həsrətdir – şükür edin. Bilin ki, bu saat, haradasa, uzaq

ölkələrdən birində bir adada, Nyufaundlend adasında gözəl, zavallı bir qız bir tikə çörəkdən ötrü hər

şeyə hazırdır – şükür edin. Bilin ki...

Ə d i l ə (onun sözünü kəsərək). Gülməli deyil.

G ü l z a r. Əlbəttə, özümüzü qoyub sözümüzə kim güləcək? Starıye koketki... (Gülür.)

Z ü l e y x a (Ədiləyə). Məni yandıran odur ki, sən də özünü bizimlə bir cərgəyə qoyursan,

özünü bizə tay edirsən, ürəyin açılmır heç vaxt. Bu saat mənim üçün, Ada, ən ali xoşbəxtlik, sizin

kimi bir ailə qurub öz xarabamda oturmaqdır. Amma sənin yanına gələndə adamın ürəyi şad

olmaqdansa, bütün həyata nifrət edirsən. Bizim də ki, buradan başqa getməyə ayrı yerimiz yoxdur.

Nə olub axı, Ada, daha nə istəyirsən?

Ə d i l ə (əsəbi). Dedim ki, qurtarın bu sual-cavabları!

110

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!