16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İYİRMİ DÖRDÜNCÜ ŞƏKİL

D a n ı ş a n, M a h m u d, M ə r y ə m, Süleyman Paşa.

Saray. Günorta.

Danışan söylədikcə, biz onun dediklərini səhnədə görürük.

D a n ı ş a n. Süleyman paşanın sarayında toy idi... Mahmudla Məryəmin toyu... Bir tərəfdə

Mahmud əyləşmişdi, o biri tərəfdə Məryəm. Keşiş qızı gözlərini yerə dikmişdi, bənizi solğun idi.

Pauza.

Süleyman paşa Mahmudun başına gələnləri öyrəndi və qət etdi ki, yerin dibində də olsa, keşişi

və onun qızını tapacaq! Süleyman paşa dediyini edən idi və keşişi tapdırdı! Keşişi Müqəddəs Evin

lap yaxınlığında ələ keçirdi. Keşiş Müqəddəs Evə gedə bilmədi. Nə idi keşişin təqsiri ki, onun Allahı

belə buyurdu? Süleyman paşa bütün Ərzurum əyalətində türk qızlarının başqa millətə ərə getməyini

qəti qadağan etmişdi, amma kişilərin başqa millətlə ailə qurmağına icazə verirdi, çünki türklərin

sayını artırmaq lazım idi!

Pauza.

Gözəl bir musiqi çalınırdı, amma Süleyman paşa nəsə, narahat idi və gözlərini gəlinin –

Məryəmin əynindəki işıq altında işıldayan dona zilləmişdi. Yaxası dörd düyməli o donun işıltısında

nəsə qəribə bir qeyri-təbiilik vardı və Süleyman paşa kinli bir qeyzlə keşişə baxdı.

Pauza.

Süleyman paşanın bütün kəniz-qulluqçuları, rəqqasələri erməni, ərəb, yəhudi qızları idi, çünki

o belə hesab edirdi ki, özününkülər, yəni türk qızları oğul tərbiyə edib böyütməlidi, döşlərinin südü

ilə balalarına qədim və şərəfli tarixlərinə hörmət və məhəbbət aşılanmalıdır. Çünki bunsuz sabah

yoxdur.

Süleyman paşa. Keşişi bura gətirin.

(Zərb çalğısı altında ortaya ərəb rəqqasəsi çıxır və böyük həvəslə oynamağa başlayır, əvvəl

Süleyman paşanın qarşısında, sonra Mahmudun, daha sonra Məryəmin qarşısında. Mahmudla

Məryəmi yerlərindən qaldırıb arxadakı tülün arxasına keçirirlər. Rəqqasə oynayır.)

(Arxa planda tülün arxasında Mahmudla Məryəm qucaqlaşıblar. Birdən Məryəm həyəcanla

qışqırır.)

M ə r y ə m. Mahmud, cır, cır bu paltarı, cır bu donu, qurtar məni, qurtar məni...

(Kənardakı camaat bu səsi eşidib pıçıldaşırlar, gülüşürlər. Məryəm arxada qışqırır, zərb daha

da, bərk çalır, rəqqasə daha da, şövqlə oynayır. Birdən Mahmudla Məryəmi alov bürüyür onlar

qışqırırlar, kömək istəyirlər.)

C a m a a t. Yanğın, yanğın, yanırlar, yanırlar.

K e ş i ş. Belə lazım bilmisən, belə də eləmisən. (5-6 dəfə təkrar edir.) (Camaat onları xilas

etməyə çalışır. Lakin alov daha da qızışır. Hamı bir-birinə qarışır, tüstü, külək insan səsləri, insan

qışqırıqları. Sonra alov sakitləşir, Məryəmlə Mahmud yanıb qurtarırlar. Səhnənin işığı yavaş-yavaş

zəifləyir, bir neçə yerdən tüstü qalxır).

D a n ı ş a n. Hamı yanan odun içinə atıldı ki, onları söndürsün, lakin hamı bu odda yanıb kül

oldu. Sonra hər şey bitdi.

336

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!