16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

D a y ı. Bircə dəqiqə!

A r t i s t. Yox! Dedim ki, məşğulam!

Eşitmədiz məni?

Emilyanı evə buraxım, ya yox?

Hansı yaxşı olar? Bağırır nə çox...

Mənə elə gəlir, yenə tərpəndi...

Dayı ardıyca qapını bağlayır.

Dayı içəri girir.

(Diqqətlə baxır.) Yoxsa o Dayıdı-nədi, sizsiz? Teatrda yaman söz-söhbət gəzir... Hə?

Dayı (barmaqını dodağına qaldırır). S-s-s...

A r t i s t. Nə?

D a y ı (barmağı dodağında). S-s-s...

A r t i s t. Aha!.. Deyəsən öyrənmisiz teatrda hamıya bir-bir «xox!» deməyə?! Mən «xox!»dan

qorxanlardan deyiləm! Mən heç o boyda Sovet hökumətindən qorxmadım! Mən rus ordusundan

qorxmadım! (Amiranə) Çıxın bayıra!

Demədim, çıxın?!

Yox, yox, tərpənmədi, nə edim indi?

Emiliya içəri elə girəntək,

Şübhəsiz, zövcəmə xitab edəcək...

Zövcəm? Hanı zövcəm? Yadam bu ada,

Artıq mənim zövcəm yoxdu dünyada!..

(Daha da bərkdən qışqırır.) Çıxın! Mən sizinçin partokrat-zad deyiləm, qorxuya düşüm! Mən

bu xalqın yolunda mitinqlərdə can qoymuşam! Gedin, məndən Prezidentə şikayət ərizəsi yazın!

(Ayağa qalxır.) Deyin ki, Otello məni qovdu!

Zövcəm? Hanı zövcəm? Yadam bu ada,

Artıq mənim zövcəm yoxdu dünyada!..

Dayı (sakit). «Faraonı lyubyat oxotitsya!»

Pauza.

(Halını pozmadan eyni gərgin sakitliklə) «Faraonı lyubyat oxotitsya!»

Pauza.

A r t i s t (tamam özünü itirmiş). Mən... Siz... Mən... (Oturur.)

D a y ı (amiranə). Qalxın!

A r t i s t (yerindən dik atılaraq əlini qulağının üstünə aparıb hərbi rəsmi təzim edir). Yest,

tovariş...

D a y ı (onun sözünü kəsərək). Ostavit!..

A r t i s t. Baş üstə!

D a y ı. Oturun!

184

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!