16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

S u ğ r a. Ona güllə dəyə bilməz! Nə üçün durduğu yerdə ölməlidi? Yox!.. Axı, mən

burdayam!.. Mən sağam!.. Gülağa orda necə ölə bilər? Yalandır! Güllə Gülağanı necə tuta bilər?

Yalandır! Yalandır! Özü də düz demir! Güllə dəyməyib ona! Özü də düz demir, ölməyib o!..

Balakərim tütək çalır. Ələkbər anasına qısılıb baxır.

S u ğ r a. Sağdı Gülağa! (Pıçıltıyla Şövkətə) Gecələr o mənim yanıma gəlir... (Bərkdən) O

sağdır! Siz onu görmürsüz, amma o mənim yanıma gəlir!..

Pauza.

Elə bilirsiz mən dəli olmuşam? Bax, qar yağır... Hər tərəf qardı... Bax, o, sarı hamamdı. Ora

Meyranqulu kişinin evidir. O Sonagilin evidi... Ode, o da Ələkbərdi... Əyər mən dəli olmuşamsa,

bunları necə yadımda saxlaya bilərəm?

Ş ö v k ə t. Gedək bizə!.. Gedək...

İ ş ı q s ö n ü r.

ON DOQQUZUNCU ŞƏKİL

S o n a, Ə l ə k b ə r, X a n ı m a r v a d, M ü ə l l i f.

Məhəllə. Günorta.

Ələkbərgilin evi. Sona mizin arxasında oturmuş Xanım arvadın

qarşısına çay qoyur.

X a n ı m a r v a d. Mənə deyirlər ki...

Kiçik pauza.

Deyirlər ki... Beşmərtəbənin yanındakı məktəbdə süpürgəçi yeri var...

S o n a. Neyniyəsən?.. Mən də gedib qospitalda qab yuyuram də... Ay Xanım xala, heç

olmasa, bir az ağla, bir az ürəyini boşalt. Yoxsa ki, axır vaxtlar heç dinib danışmırsan, adamın ürəyi

dözər buna? Hitlerin ölüb-ölənlərinin goru pis günə qalsın! Köpəyoğlunun taxtı tabut olsun, yəhəri

qannan dolsun oğraşın!.. Oyun açdı başımıza...

Işıq Müəllifin üzərinə düşür.

M ü ə l l i f. Və bir gün mən Xanım xalanın gözlərində ikinci dəfə yaş gördüm...

Işıq Xanım xala ilə Ələkbərin üzərinə düşür.

X a n ı m a r v a d. Ələkbər, sən heç nigaran qalma... Qayıdıb gələcək altısı da, Ələkbər. Mən

axı tanıyıram onları... Gələcəklər altısı da. Heç nə olmayacaq onlara, Ələkbər... Sən nigaran qalma...

Səni hələ maşınla gəzdirəcəklər onlar, Ələkbər... Cəfər də gəzdirəcək maşında səni, Ələkbər, Adil də

gəzdirəcək, Əbdüləli, Cəbrayıl da, Ələkbər! Ağarəhim də... Sən xəstələnmə, Ələkbər, ancaq

xəstələnsən, Qoca sağaldacaq səni, Ələkbər... sıxma ürəyivi! Heç birinə heç nə olmayacaq! Altısı da,

qayıdıb gələcək!.. Mən tanıyıram axı, onları, Ələkbər...

M ü ə l l i f. Xanım xala mənimlə danışırdı, amma əslində, bu sözləri özünə deyirdi...

Pauza.

373

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!