16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Yolçu. Oğlum, görüm səfərin haradır belə?

M a h m u d. Əmi, səfərim kanan məkandı.

Yolçu. Oğlum, kan kandır, bəs, məkan nədir?

M a h m u d. Kan bu dünyadır, əmi, məkan o dünyadır...

Yolçu. Ölümü özünə güclə gəzirsən?

M a h m u d. Ölüm haqdı. Taleyin əsirindən çıxmaq olmaz.

Yolçu (belindən salladığı boğçadan balaca bir bardaq çıxarır). Al, iç bu camı...

M a h m u d. O camdakını peyğəmbərimiz bizə haram buyurub...

Yolçu özü bardağı içir və gedir.

S o f i (bütün bu söhbətdən heç nə anlamayaraq). Mahmud, bu nə söhbətdi belə?

M a h m u d. «Məndə sığar iki cahan, mən bu cahana sığmazam...» Sən bu misraları

oxumusan, Sofi?

Sofi maddım-maddım Mahmuda baxır. Işıq yavaş-yavaş sönür və o yarıqaranlıq içində Sofi nəsə yazır. Sonra

yalnız Danışan görünür.

D a n ı ş a n. Ziyad xan Sofinin növbəti məktubunu oxuyandan sonra saray kitabxanasına

getdi, ağırlığı qədər qızıl qiymətinə Hindistandan aldırıb gətirtdiyi qara cildli Böyük Fal Kitabını

rəfdən götürdü, açdı və ilkin oxuduğu sözlər bunlar oldu: «Eşq bəlasına yalnız eşqlə əlac etmək

olar...» Və bundan sonra Ziyad xanın adamları iki gün, iki gecə Gəncə xanlığını dolaşırdı, axtarıbseçib,

nəhayət sorağı Ceyrandan gətirdilər... Ceyran gözəllərin gözəli idi, ağıllıların ağıllısı, biclərin

bici idi, qədim sənətinin bütün incəliklərinə bələd idi. Ziyad xan Ceyrana yeddi kisə qızıl verdi, on

kisə də, boyun oldu. Ziyad xanın adamları Ceyranı Mahmudun izinə salacaqdılar və Ceyran yolda

Mahmuda ürcah olacaqdı, Mahmudu özünə məftun edəcəkdi, Mahmudu geri qaytaracaqdı, bir

müddət sarayda Mahmudla qalıb, sonra Gəncədən çıxıb gedəcəkdi və Ziyad Təbrizdə Ceyrana bir

mülk alacaqdı. Ziyad xan özü Ceyranı görəndən sonra, Ceyranla danışandan sonra, heç bir şəkkşübhəsi

qalmadı ki, dünyanın hər üzünü görmüş bu gözəllər gözəli hər şeyi qaydasına qoyacaq. Və

elə həmin gecə Ceyran kəcavənin pərdəsini salıb kəniz qaravaşları, nökərləriylə birlikdə yola

düzəldi, Qısır Qarını da özüylə götürdü və Qısır Qarı da, pərdəsi salınmış kəcavənin dalına düşdü.

Ceyran tələsirdi. Cavan xanzadə ilə məhəbbət oyunu Ceyran üçün su içmək kimi asan bir iş idi və

əslində, Ceyran o cavan aşiqə sarı yox, Təbrizdə nəhayət ki, dinc-rahat yaşayacağı mülkünə doğru

tələsirdi. Gələcək Ceyranın idi. Makuya az qalırdı.

İ ş ı q s ö n ü r.

ON ALTINCI ŞƏKİL

M a h m u d, S o f i, D a n ı ş a n, d ö y ü ş ç ü l ə r.

Çaldıran düzü.

Səhnədəki ala-qaranlıq içində insanlar bir-biri ilə ölüm-dirim savaşındadı. Yer-göy uğuldayır, qılınc, qalxan səsi,

qışqırıqlar, nalələr, at kişnərtiləri ətrafı bürüyür, hər tərəfdən tüstü-duman qalxır.

Bir müddət beləcə davam edir.

Sonra yavaş-yavaş sükut çökür.

Arabir kimsə zarıyır, kimsə inildəyir. Sonra qarğa-quzğunların səsi aləmi başına götürür və səhnə işıqlaşdıqca

qan içərisində orda-burda düşüb qalmış döyüşçülər görünür.

M a h m u d (dəhşətlə). Nə baş verib burda? Sofi! Sofi!

320

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!