16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

D a y ı. Ay maşallah! (Qəflətən cəld hərəkətlə Direktorun qapısını açıb kabinetə girir.)

K a t i b ə. Olmaz! (Telefon dəstəyini mizin üstünə qoyub ayağa qalxır.) Olmaz!

Baş rejissor. Eh!..

Kral, prins Hamlet öz anasının

Yataq otağına getdi indicə...

Budur konflikt! Budur!

D a y ı. Icazə olar?

D i r e k t o r (cəld televizorun qabağından çəkilir). Nə istəyirsiz?

K a t i b ə. Mən ona icazə verməmişəm.

Direktor.Necə? Mən demokratiyanın tərəfdarıyam, ancaq bu dərəcədə yox də! Icazəsiz mənim

kabinetimə girmək?!

D a y ı (məhəl qoymadan əlindəki qalın dəftəri vərəqləyərək oxuyur). «Azərbaycan milli teatr

sənətini inkişaf etdirməkdən ötrü biz dramaturqlardan, teatr xadimlərindən alovlu bolşevik Sergey

Mironoviç Kirovun parlaq bədii obrazını yaratmağı tələb etməliyik, yoldaşlar!..»

D i r e k t o r. Bu nə səfeh sözlərdi belə?

D a y ı (məhəl qoymadan oxuyur). «Azərbaycan teatrı üçün bağışlanmaz nöqsanlı cəhətlərdən

biri də budur ki, indiyə qədər səhnəmizdə Ümumittifaq ağsaqqalı Mixail Ivanoviç Kalininin ürəkləri

fəth eləyən unudulmaz obrazı yaranmamışdır, yoldaşlar!..»

Direktor (Katibəyə). Bu hardan gəlib çıxıb belə? (Acıqla Dayıya) Biz milli varlığımızı dərk

eləyib xalqımızın azadlıq ideallarını səhnədə təcəssüm etdirməliyik. Milli teatr sənəti hara, Kalinin

kimi keçisaqqal hara?

Dayı (məhəl qoymadan oxuyur). «Əziz Nikita Sergeyeviç Xruşşov qarğıdalı mədəniyyətinin

inkişafı ilə bağlı yorulmadan mübarizə apardığı bir zamanda biz Azərbaycan xalqı üçün taleyüklü

əhəmiyyət kəsb edən qarğıdalı təsərrüfatını hələ səhnəmizə çıxarmağı bacarmamışıq və buna görə

teatrın rəhbərliyi ciddi cəzalandırılmalıdır!..»

Direktor (əsəbi). Siz özünüzü harada hiss edirsiniz?! Bu nə əbləh sözlərdi belə?

D a y ı. Bunlar hamısı sizin sözlərinizdi...

D i r e k t o r. Nə?

D a y ı. Bunlar hamısı sizin sözlərinizdi... Azərbaycan incəsənət işçilərinin müşavirəsi, 1958-

ci il, 13 may, sizin məruzəniz. 1960-cı il, 20 oktyabr, Teatr xadimlərinin müşavirəsi, sizin çıxışınız,

«Kommunist» qəzeti...

K a t i b ə (pıqqıldayıb gülür). A-a-a...

D i r e k t o r (hirslə Katibəyə). Sən niyə içəri girmisən?

K a t i b ə. Padumayeş! (Qəbul otağına çıxıb telefon dəstəyinə) Bir dəqiqə gözlə! (Gəlib

əyilərək qapının açar deşiyindən baxır.)

D i r e k t o r. Siz kimsiz?

D a y ı. Dayı.

D i r e k t o r. Necə yəni dayı?

D a y ı. Dayı də, Dayı. Siz soruşursunuz, kimsən, mən də deyirəm ki, Dayı!

D i r e k t o r. Adınız Dayıdı?

D a y ı. Adım da Dayıdı, özüm də dayıyam.

D i r e k t o r. Heç nə başa düşmürəm...

D a y ı. Bu saat sizi başa salaram. (Oxuyur.) «Əziz-Leonid Iliç Brejnevin atalıq qayğısına

cavab olaraq biz Azərbaycan teatr sənətində «Malaya zemlya»ya əbədi bir abidə ucaltmaq kimi

şərəfli vəzifəni ləyaqətlə yerinə yetirməliyik! Bu, Azərbaycan teatr xadimlərinin şərəfli borcudur!»

Azərbaycan Kommunist Partiyası Bakı Komitəsinin plenumundakı çıxışınız...

K a t i b ə. Va-a-ay!..

Direktor. Bir dəqiqə! Bir dəqiqə! Yavaş olun!..

200

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!