16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Baş rejissor. Getdi!.. Bu dəfə də getdi!. Kommunistlərin vaxtında elə, indi də belə! Ey

talesiz!.. Zəmanə heç vaxt sənin zəmanən olmur!.. (Alnına bir şapalaq ilişdirir, sonra cəld

addımlarla mizə yaxınlaşıb dolabdan araq şüşəsini çıxarır, həyəcandan titrəyən əliylə qədəhə

süzür.)

S i l v a n a. Əhməd bəy direktor olmalıdır!

Direktor. Yelsindir e, Yelsin, yubka geyib?..

S i l v a n a. Öldü var, döndü yoxdu!..

Gənc aktrisa. Əhməd istedaddı!..

A r t i s t. Bəli! Istedadın qarşısına sənət projektoruyla gur işıq saçaq!

– Is-te-fa!..

– Is-te-fa!..

– Is-te-fa!..

Əhli-teatr bir ağızdan qışqırır:

Direktor (kabinetdə özünü asmağa bir yer tapmayıb qayışın ucunu mizin üstünə qoyur və əlinə

keçənləri qayışın üstünə yığır). Ey gidi dünya!.. Gör axırın nə oldu?! Kimin ağlına gələrdi ki, teatrda

özünü öldürəcəksən? Qorbaçovu görüm... (Söz tapmır.) Qorbaçovu görüm... qan qussun!..

S i l v a n a (Baş rejissorun qapısına işarə ilə). Bəs bu niyə çıxmır?

K a t i b ə (bir anlıq dəstəkdən ayrılaraq). O «Hamlet»i hazırlayır!

S i l v a n a. Nə? Bu gün Azərbaycan dövlətçiliyi təhlükə altındadır! Nə «Hamlet»?! (hirslə

Baş rejissorun kabinetinin qapısını açır.)

Baş rejissor (indicə içdiyi araq boğazında qaldığı üçün, çeçiyə-çeçiyə). Mən... Dərman içirəm!

Mən... Ürəyim...

Silvana (burnunu tutur). Püf-f-f!.. Otuz ildi dərman içirsiz, niyə düzəlmir ürəyiniz? Niyə

kollektivin istefa tələbinə qoşulmursunuz? Bilmirsiz ki, indi respublikamızda prezident dövlət

quruculuğu ili elan edib?

Baş rejissor. Mən... Mən...

Artist (başını içəri soxub gizli bir hədə ilə). Dayı gələcək indi!

Baş rejissor (udqunaraq qışqırır). Is-te-fa!.. Is-te-fa!.. (Cəld addımlarla qəbul otağına çıxır.)

Katibə (telefon dəstəyinə). Oy!.. Qamlet toje vışel!..

– Is-te-fa!..

– Is-te-fa!..

– Is-te-fa!..

Əhli-teatr bir ağızdan qışqırır:

M ü ə l l i f (əlində portfel qəbul otağına daxil olaraq əvvəlcə bu həngaməni görüb çaşbaş

qalır, sonra Katibəyə). Bu nə əhvalatdı belə?

Katibə (çımxırır). Əşi, bircə elə sən çatışmırdın?!

Müəllif. Siz mənim insan hüquqlarımı tapdalaya bilməzsiz!

Silvana (qışqırır). Biz imkan vermərik ki, demokratiya boğulsun!..

Baş rejissor (qışqırır). Keçmiş partokratlara ar olsun!..

Artist (qışqırır). O ancaq administrator ola bilər.

Gənc aktrisa (qışqırır). Əhməd də, onunda sənətə qiymət verməyi bacarır!..

Direktor dizləri üstə yerə çöküb sərt hərəkətlə boğazını dartır. Qayışın üstünə yığdığı bir qalaq qovluq, kağızkuğüz,

konselyar ləvazimatı, telefon yerə dağılır, özü isə döşəməyə yıxılıb boğazındakı həlqəni tələsik

boşaltmağa çalışır.

209

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!