16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ə d i l ə. Yox, yox. Biz üçümüz də bədbəxtik: Züleyxa da, Gülzar da, mən də. Çünki həyat

qulağımızın dibindən ötüb gedir işinin dalınca... Hər gecə yerimizə uzanırıq, gözümüzü yumuruq,

ürəyimizin döyüntüsünü hiss edirik, yuxuya getməzdən əvvəl içimizdən bir filosof baş qaldırır: « –

Belə yaşamaq olmaz. Filan işi düz eləmirsən. Niyə o cür etdin? Niyə o sözü dedin? Niyə həyatını

təzədən qurmursan? Bu cür ki, sən yaşayırsan, bu – həyat deyil...» Sonra bu filosofun tənələri

altında söz verirsən ki, daha belə olmayacaq, əsl həyat yaşayacaqsan. Bu tənələr altında yuxuya

gedirsən. Səhər yuxudan durursan və... bu gün də əvvəlki günlərin eyni olur. Yenə əvvəlki həyat

tərzi... Yenə Xəlilin xırda sevincləri, bir qara qəpiyə dəyməyən arzuları... Yenə Yoldaş Təkin

riyakar sözləri... Yenə Babanın murdar sifəti... Yenə Zülya və Gülyanın miskin qayğıları... Yenə

yalançı arzular... Aldadıcı xəyallar... Çünki o filosof ölüb daha... Ölüb, gecəyə qədər. Gecə yerinə

girib yatmaq istəyəndə yenə içindən baş qaldıracaq. Baş qaldıracaq ki, sabah açılan kimi yenə

ölsün...

Kiçik pauza.

K i ş i. Daha kimi çağırırsınız?

Ə d i l ə. Daha kimi? Kim olacaq, heç kimi. Daha heç kim yoxdur. Gəlin boşlayaq getsin bu

bədbəxtlik-xoşbəxtlik söhbətini – boş şeydir. Gəlin bu dağlara tamaşa edək... Görürsünüzmü

buludları? Yağış yağacaq. Sonra kəsəcək. Biz islanacağıq, amma eybi yoxdur. Sonra qövsi-qüzehə

tamaşa edəcəyik. Sonra qurbağaların quruldamasına qulaq asacağıq... Gəlin heç nə fikirləşməyək.

Gəlin bir-birimizə qısılıb tamaşa edək. Gəlin azad, sərbəst, qayğısız olaq... (Əyilib yerdən, guya ki,

böcək götürür.) Bunu görürsünüz, uçağandır adı. Qarı nənə də deyirlər. Uşaqlıqda bunu ovcumuzda

tutub arzulayırdıq:

Uçağan, uç, uç, uç,

Get nənəni gətir...

(Əlindəki böcəyə baxaraq) Indi kimi arzulayaq? Kimi arzulayaq ki, uçağan uçub onu bura

gətirsin? Heç kimi... Elə bir adam yoxdur mənimçin... (Kişiyə baxaraq həyəcanla) Kimi, hə, kimi?

Kişi(sakit və ciddi). Siz Ədilə Məlik qızı Kərimovasınız. Otuz üç yaşınız var. Üç ildir

ərdəsiniz. Uşağınız yoxdur. Poçt şöbəsində işləyirsiniz.

Ə d i l ə (ani şaşqınlıqdan sonra). Bəli.

K i ş i. Siz öz həyatınızda ən əhəmiyyətli hesab etdiyiniz bir hadisəni danışmalısınız.

Ə d i l ə (artıq onun üçün bütün bu təbiət, bu mənzərə yenidən öldü). Yaxşı...

Pauza.

K i ş i. Buyurun.

Ə d i l ə (yavaş-yavaş, sanki özü ilə danışır). Biz hamımız öləcəyik...

K i ş i. Elədir.

Ə d i l ə. Yer üzündə nə qədər ki, adam var, hamısı öləcək.

K i ş i. Elədir.

Ə d i l ə. Onların yerinə başqa adamlar gələcək. Onlar da öləcək...

K i ş i. Elədir.

Ə d i l ə. Mən öləcəyəm. Mənim anam da öləcək. Əgər mənim uşağım olsaydı, o da öləcəkdi.

Zulya da öləcək. Gülzar da öləcək. Siz də öləcəksiniz... Heç nə qalmayacaq...

K i ş i. Elədir.

Ə d i l ə (çılğın). Bəs niyə siz dəhşətə gəlmirsiniz? Niyə tükləriniz biz-biz olmur?

Neyləyirsiniz o məktubu, siz ki, öləcəksiniz?

105

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!