16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

P r o f e s s o r. Qalxın! Qalxın!

Ş ə f q ə t b a c ı s ı. Yox! Axı, sizə əsəbiləşmək olmaz!

P r o f e s s o r. Qalxın!

Ş ə f q ə t b a c ı s ı. Yox! Siz mənə söz verin ki, bir daha əsəbiləşməyəcəksiniz!

P r o f e s s o r. Qalxın!

Ş ə f q ə t b a c ı s ı. Söz verin! Söz verin öz yazıq bəndənizə! (Birdən çantasından həb

çıxarıb ayağa sıçrayır.) Atın bunu! Atın!

Professor həbi atmaq istəmir, Şəfqət bacısının əlindən

çıxıb qaçmaq istəyir.

Yox! Mütləq atmalısız! (Həbi zorla Professorun ağzına basır.) Biz sizi bəşəriyyətçin

qorumalıyıq!

P r o f e s s o r (boğazındakı həbi udmağa çalışaraq). Mən də bəşəriyyəti düşünürəm!

Bəşəriyyət üçün çalışıram!

Ş ə f q ə t b a c ı s ı. Elədir! Mən bunu bilirəm!

P r o f e s s o r. Lakin o tapılmır!

Ş ə f q ə t b a c ı s ı. O tapılacaq!

P r o f e s s o r. Bəs nə zaman? Harada?

Şəfqət bacısı (iki əlini də göyə qaldıraraq). Ilahi, sən nə üçün bu müqəddəs varlığa (Əli ilə

Professoru göstərir.) bu qədər iztirablar verirsən?! Bu müqəddəs varlığı bu qədər sınamaq olarmı?!

Məgər bu qədər illər boyu o sənin sınağından çıxmayıb? Bir dəli nədir ki, onu gizlədirsən? Onu bu

müqəddəs, bu cəfakeş varlıqdan əsirgəyirsən? Yox! (Barmağı ilə göyü hədələyir.) Biz

sınmayacağıq! Biz bütün əzab-əziyyətə sinə gərib onu axtaracağıq! Mən heç vaxt imkan verə

bilmərəm ki, bu müqəddəs varlıq (Yenə də əli ilə Professoru göstərir.) bu qədər iztirab çəksin!

(Əlini göyə qaldırıb barmağı ilə göyü hədələyir.) Yox, mən buna imkan verə bilmərəm!

(Professora) Biz onu tapacağıq! Mən sizə söz verirəm, Professor! Inanın mənə! Gedək!

P r o f e s s o r. Daha hara gedək?

Ş ə f q ə t b a c ı s ı. Hələ nə qədər yer qalıb! Mədəniyyət Nazirliyi, teatrlar, redaksiyalar,

Nazirlər Kabineti!.. Gedək, Professor! (Birdən nəsə tapıbmış kimi) Yazıçılar Birliyi! Hələ Yazıçılar

Birliyi qalıb!

P r o f e s s o r. Bəli, bəli! Yazıçılar Birliyi! Nə yaxşı ki, siz varsınız! Məndə yenə bir ümid

yaratdınız! (Ruh yüksəkliyi ilə) Gedək!..

Sürətlə səhnədən çıxırlar.

İ ş ı q s ö n ü r.

YEDDİNCİ ŞƏKİL

Gecə. Baş redaktorun kabineti. B a ş r e d a k t o r.

Səhnə qaranlıqdır. Işıq Baş redaktorun üzərinə düşür və

o səhnədə var-gəl etdikcə, işıq da səhnə boyu onunladır.

Baş redaktorun əynində idman forması var.

237

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!