19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

də onları qala, oğuz ellərinə xəbər elə, sevincini, dərdini elinlə

bölüş.

Bəkilin son naləsi koksündən çıxdı, Qaraca Çoban onun göz

qapaqlarını bağladı, hönkürüb ağladı, sızladı, fəryadı dağa-daşa

düşdü, əks-səda verdi. Qaraca Çoban: — Qazan, ay Qazan!

Haradasan, ay Qazan? Ölümüsən, dirimisən, bu işdən xəbərim

yoxmudur? — deyirdi.

Araba dolama yollarla qalxanda birdən təkəri çıxdı.

Araba yan böyrü üstə əyildi, təkərlər çırıldadı, dayandı.

Birdən-birə Qazan sərmərdi, gözlərini açıb oyandı, gərnəşmək

istədi, gördü əl-qolu bağlıdır, qəh-qəh çəkib güldü.

Onu müşayiət edən yaraqlı atlılardan biri:

—Nə gülürsən? — dedi.

Qazan daha da bərkdən güldü:

—Vallah, — dedi, — indicə elə xoş yuxu görürdüm ki. Görürdüm

ki, körpə uşağam, beşikdəyəm. Demə bu arabanı beşiyim sanmışam.

Sizi də yumru-matan dayəm bilmişəm.

Atlı:

—Yaxşı yatacaq yer tapmısan, — dedi, — qəribliyə gələn

yatarmı, əbləh?

Qazan:

—Bəs siz nə qadasınız? — dedi.

—Biz Qıpçaq Məliyin ləşgəriyik.

—Belə de. Demək məni yatan yerdə tutdunuz?

—Bəli.

—Oğuz igidlərinə nə qəza gəlsə yuxudan gələr. Oyanmasaydım

yeddi gün, yeddi gecə yatacaqdım. Yaxşı, bəs indi məni hara

aparırsınız?

—Sənin qaraca başını Qıpçaq Məliyə ərməğan aparırıq.

Qazan bəy nə isə fikirləşib ora-bura boylandı:

—Yaxşı, bəs mənim oğlum vardı, o necə oldu? Atlılar cavab

vermədilər, istehzayla baxışdılar.

Bayaqdan bəri xoş bir zarafatla danışan Qazan birdən qəzəbləndi:

—Namərdlər, neylədiniz mənim oğlancığımı? — dedi, — bu saat

hamınızı qıraram.

Atlılar Qazanın bağlı ol-qoluna baxdılar, onun vəziyyətilə dediyi

sözlərin uyuşmadığını lağa qoyub güldülər.

101

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!