19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

şəhərim Şuşada tamaşadan bir səhnə gördüm. Məcnun Leylinin

məzarı başında. Bu səhnə məni o qədər həyəcanlandırdı kt, bir neçə

ildən sonra Bakıya gəlib opera yazmaq fikrinə düşdüm.

Üzeyirgilin evinin qarşısında fayton dayanıb. Anası, ailə üzvləri

Üzeyiri Qoriyə yola salırlar. Atası faytonçuya deyir:

—Deməli bildin də. Çox xahiş edirəm Yevlaxda Tiflis qatarına

mindirərsən. Tiflisdə qabağına çıxacaqlar. Üzeyir, çatan kimi

məktub yaz.

—Yaxşı.

Anası:

—Özündən muğayat ol. Yaxşı yol!

Ardınca su atır.

Fayton Şuşanın dolama yollarıyla irəlilədikcə balaca Üzeyirin

yaddaşında müxtəlif xatirələr canlanır — İsa bulağında musiqi

məclisləri, azan verən Hacı Hüsü, balaca xanəndə dostları, Cabbar

Qaryağdıoğlu Məcnun rolunda, yellənçəkdə yellənən "Leyli" və

sonra boşalmış yellənçək…

Aparıcı da faytonun arxasınca baxır:

Doğma şəhərindən ayrılırdı, uşaqlığından ayrılırdı. Şuşaya hələ

çox səfərlər gələcək, amma daha qonaq kimi. Şuşayla vidalaşırdı,

Şuşanın şöhrətini daha da ucaltmaq üçün. Uzaqdan "Qarabağ

bülbülləri"nin oxuduğu muğam eşidilir — bir müddət bu musiqidən

aralanırdı, onu qəlbində daima yaşatmaq, əbədiləşdirmək üçün…

Ekranda yazı:

QORİ

Aparıcı Qori seminariyasının qarşısında dayanıb. Aparıcı:

—1899-cu ildə Üzeyir Qori müəllimlər seminariyasına daxil olur

və 1904-cü ildə oranı bitirir. Qori seminariyası rus dili müəllimləri

hazırlayırdı, amma bu seminariyada musiqi fənləri də keçilirdi —

fortepianoda, skripkada, başqa alətlərdə çalmağı öyrədirdilər.

Seminariyanın koridorunda buranın məzunlarının şəkilləri asılıb.

Onların arasında Nəriman Nərimanovun, Mirzə Cəlil

Məmmədquluzadənin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin

şəkillərini də görürük. Aparıcı həmin lövhənin qarşısında dayanıb.

Aparıcı:

—Üzeyir oxuduğu kursun şagirdləri xüsusi müsiqi qabiliyyətinə malik

idilər. İllah da Üzeyir və Müslüm Maqomayev…

Aparıcı Qori seminariyasının arxivində qovluqları vərəqləyir.

186

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!