19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

qapılardan içəri daxil oluruq. Pilləkanlarla qalxırıq.

Aparıcı:

—Rəvayətə görə Nəsiminin dərisi soyularkən ruhanilərdən biri

deyir:

—Bu elə bir kafirdir ki, bir damla qanı hara düşsə kəsib atmaq

lazımdır. Bu zaman şairin qanından bir parça həmin ruhaninin

barmağına sıçrayır. Camaat ondan barmağının kəsilməsini tələb

edir. Zahid qorxub sözündən imtina edir. Bu zaman al qan içində can

verən Nəsiminin səsi ucalır. Bu səs altı yüz ildən keçib bizə gəlib

çatmışdır:

Zahidin bir barmağın kəssən dönüb haqdan qaçar

Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.

Şəha, mehrindənmidir, ya aşinalıqdanmıdır

Cismimi sər ta qədəm min gəz yararlar, ağrımaz.

Zahidin əfsanəsindən soydular nahəq məni

Həqq bilir səndən, şəha, sahib nəzərlər ağrımaz.

Şişəmi çün daşa çaldım, haqqı izhar eylədim

Haqq bilir, bir zərrə neştərdən damarlar ağrımaz.

Soyun ey murdar sallaxlar Nəsiminin tənini

Bunca namərdi görün, bir ər qıyarlar ağrımaz.

Yenidən Nəsimi haqqında məlumat olan əlyazmaları vərəqlənir.

Yenə ərəbcə mətn eşidilir, sonra bu mətn ikinci plana keçir və

tərcüməsi oxunur.

—Nəsimi Hələbdə öldürülmüşdür. Bu adam kafir və allahsız idi.

Onun sözlərindən və işlərindən allah bizi saxlasın...

Dağ başında dayanmış çadralı qadınlar bayatı çağırırlar.

BİRİNCİ QADIN:

Bu dağlar ulu dağlar

Çeşməli sulu dağlar

Burda bir qərib ölüb

Göy kişnər, bulud ağlar.

İKİNCİ QADIN:

Burdan bir atlı getdi

Atın oynatdı getdi.

Gün kimi işıq saçdı

Ay kimi batdı getdi.

322

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!