19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ərəblinski:

—Yox bu cür işləmək mümkün deyil. Axı dedim mən —əvvəldən

axıracan məşq edirik bu gün. Səhnədəki kimi… Qurtardı. Olmayacaq

məşq.

Otağa Sarabski daxil olur. O, Məcnun qiyafəsində və qrimdədir.

Sarabski:

—Necə məşq olmayacaq? İki saatdır qrim eləyirəm.

Ərəblinski (onun qriminə baxır):

—Nədir bu belə?

Sarabski:

—Dedin axı, hamı qrim eləsin, elədim də…

Ərəblinski (Onun qap-qara sifətinə işarə edərək):

—Hüseynqulu, səncə ərəblər zəncidirlər?

Sarabski:

—Bizim qonşu bildir Məkkəyə getmişdi, ordan bir oğlan uşağı

gətirmişdi qap-qara. Dedim yəqin bütün ərəblər bu cürdür də…

Ərəblinski:

—Siz məni dəli edəcəksiz. Get yu üzünü. Ondansa saqqal

yapışdıraydın.

Sarabski:

—Vallah, səni heç başa düşmək olmur, gah deyirsən bığını qırx,

gah da deyirsən saqqal yapışdır…

Ərəblinski (Özünü ələ almağa çalışaraq):

—Bax Hüseynqulu, parik qoymusan, saçlarını pırpızlaşdırmısan,

yaxşıdır. Bu gün Məcnunun dəliliyi səhnəsini məşq edəcəydik.

Məcnun çoxdandı səhrada yaşayır, saçları uzanıb. Bəs bu vaxtda

səncə saqqalı uzanmayıb? Ya bəlkə səhrada hər gün üzünü

qırxırmış?

Hamı gülüşür. "Skeptik":

—İşiniz-gücünüz qurtarıb — bığ, saqqal… Siz onun dərdinə qalın

ki, saqqallı, bığlı Leylini hardan tapacaqsınız?

Açıq havada çayxana. Üzeyir, Ərəblinski, Sarabski bir masa

arxasında oturub çay içirlər.

Üzeyir:

—Hə, doğrudan da çətin işdi bu… Hələ bir on il də Leyli roluna

qadın ifaçı tapa bilməyəcəyik, amma gərək elə bir gənc oğlan tapaq

ki, onu Leyli kimi qrimləmək olsun.

200

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!