19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

növlərinə, o cümlədən musiqiyə ciddi təsir göstərmişdir — Mövlana

törənlərində ifa olunan səmaları, dərviş rəqslərini yada salmaq yetər.

Bir çox alimlərin rəyincə "sufizm" anlayışı dərvişlərin

geyindikləri qaba yün əbadan —"suf"dan əmələ gəlmişdir.

VIII əsrdə İraq və Suriyada meydana çıxmış sufizm — İranda

doğulmuş, sonra Bağdadda dərs demiş Əl Qəzalinin (XII) nəzəri

əsərləriylə dini baxımdan məqbul sayılmış, həm sünnülər, həm şiələr

tərəfindən qəbul olunmuşdur. Qərb alimlərinin İslamın rasionalistləri

adlandırdıqları mütəzalilər hər şeyin yalnız ağılla, idrakla dərk

olunması fikrinin üstündə dururdular. Onlara qarşı Əl Qəzali qəlbin

həqiqətini müdafiə edirdi. Onun düşüncəsinə görə dünyada bir çox

şeyi yalnız ağılla başa düşmək. izah etmək mümkün deyil. Çox şeyi

fəhmlə, intuisiyayla duymaq, qəlbin qəfil işığında görmək olar. Bu

baxımdan sufizm — Zen fəlsəfəsinin — "insan həqiqəti birdən-birə,

qəfildən dərk edir" — müddəasına yaxındır. Bu Əl Qəzalinin öz

taleyndə də əks olunub. Bugünkü terminlərə müraciət etsək Bağdad

Universitetində (mədrəsəsində) kafedra mudiri, professor kimi

çalışan, mötəbər bir alim kimi cəmiyyətdə nüfuz sahibi olan Əl

Qəzaliyə günlərin bir günündə vəhy gəlir, qəfilcən həqiqət açılır və o

hər şeydən — vəzifəsindən, işindən, cəmiyyətdəki mövqeyindən vaz

keçir.

Əl Qəzalinin İslam fikri tarixində xüsusi xidməti ondadır ki, o

mütəzalilərin də, sufilərin də düşüncələrini Ortadoksal islam

ehkamları çərçivəsinə sala bilib. Buna görə o, "İslamın dayağı"

ləğəbini qazanıb.

Mütəzalilərə siyasi təqiblərdən daha ağır zərbəni IX əsrin məşhur

mütəffəkkiri Əl Əşhari vurub. Rəvayətə görə o, mütəzali Cubbaninin

tələbəsi olub. Bir dərs zamanı müəllimini belə bir sual qarşısında

qoyur:

"Üç qardaş varmış. Biri müqəddəs insan, övliya kimi yaşayıb

ölür, ikincisi cani kimi ömür sürüb ölür. Üçüncüsü isə elə lap körpə

yaşında vəfat edir. O dünyada bunların aqibəti necə olacaq?

Cubbani asanlıqla cavab verir: — Aydındır ki, müqəddəs cənnətə,

cani cəhənnəmə gedəcək, körpə isə cənnətlə cəhənnəmin arasında

qalacaq.

Onda Əl Əşari başqa bir sual verir: — Yaxşı, bəs körpə yaşında

ölən Allahdan xəbər alsa ki, niyə mən elə tifil çağımda vəfat etdim,

niyə imkan vermədin ki, mən də yaşayıb xeyirli işlər görüm, cavab

407

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!