19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

altında nənəciyəzimi minərmiş. Qalan ölülərimizi özüyçün

işlədərmiş. Babacığazıma verdiyim yeməkləri çəkib alıb yeyərmiş.

Onun əlindən nə ölümüz, nə dirimiz qurtarar. Din eşqinə, çıxar

onu quyudan.

Beyrək öz quyusunda oturmuşdu. Zindançı quyuya nərdivan

salladı, Beyrəyi səslədi:

—Xandan buyuruq oldu ki, yer üzünə çıxasan.

Beyrəyi yer üzündəki zindana saldılar. Zindanın dar pəncərəsinə

dəmir barmaqlıqlar vurulmuşdu. Gecə düşəndə Beyrək bu dəmir

barmaqlar arasından ulduzlu göyə baxırdı. Ulduzlar içində

karvanqıran ulduzu tapırdı.

...Bir cüt ala göz də karvanqıran ulduza baxırdı. Yaş dolu ala

gözlər. Banıçiçəyin həsrət gözləri. Banıçiçək Beyrəkdən uzaqlarda,

uca-uca dağların, daşqın-daşqın suların arxasında, Qız Bənövşə

yaylağında, öz çadırında uzanıb ulduzlu səmada Beyrəyin ulduzunu

axtarırdı.

...Bayat obasının kənarında Bəybura da kor gözlərini ulduzlu

səmaya zilləmişdi.

...Ay işığında dolama yollarla bir karvan gedirdi. Tacirlərin

karvanı. Yavaş-yavaş dan sökülürdü, ağla-qara seçilirdi.

...Beyrək də gözlərini yummamışdı. Hava işıqlaşanda o, zindanın

dar pəncərəsindən müdhiş bir mənzərə gördü: uzaqda, hündür bir

bürcün başına insan kəlləsi sancılmışdı. Beyrək barmaqlıqlardan

yapışıb başını yuxarı uzatdı, boylandı, iri bir meydan gördü.

Meydanın dörd tərəfində bürclər ucalmışdı və onların çoxunun

başına insan kəllələri sancılmışdı.

Beyrək zindançını səslədi:

—Bura bax, o kəllələr, hansı biçarələrindir? Ora niyə sancılıblar?

Zindançı dedi:

—Qara Arslan Xaqanın dünyalar gözəli bir qızı var, adına sarı

donlu Selcan xatun deyərlər. Küllü-aləmin igidləri o qıza aşiqdir.

Qapısına elçi düşürlər. Xaqanın bir aslanı, bir qara buğası, bir də

erkək dəvəsi var — hər biri bir əjdahadır. Xaqan şərt qoyub, qızına

elçi düşənlər gərək bu əjdahalarla vuruşsun. Onları bassalar, Selcanı

alacaqlar, basmasalar, başları kəsiləcək. Hələ bu üç əcdahanı basan

olmayıb. O, otuz iki baş da ki, bürclərdən asılıb, haman o otuz iki

igidin başıdır, heç birisi aslanla dəvənin üzünü görməyib, elə birinci

90

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!