19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Dəhlizdəki neft lampası son borcunu verərək zəif-zəif şölələnir,

divarlarda əcaib kölgələr salır. Qaranlıq qatılaşdıqca Kamilin fiquru

da itib əriyir, yalnız onun közərən papirosunun odlu nöqtəsini

görürük.

Dirəkdəki montyorun da artıq fiquru deyil, silueti görünür. Bu

siluet sanki havada əcaib bir rəqs ifa edir. Qaranlığın bu son

dəqiqələri lap cansıxıcı və uzun görünür. İşini qurtarmış montyor

qıvraq bir hərəkətlə dirək boyu sürüşüb yerə düşür.

Dəhlizin o başından addım səsləri eşidilir. Kimsə işıq

düyməciyinə yanaşır. Düyməciyi burur. Dəhliz dərhal gur elektrik

işığına qərq olur. Düyməciyin yanında ağ xalatlı Solmazı görürük.

Solmaz (Kamili görüb ona tərəf atılır): Oğlandı… Gözün aydın,

Kamil, oğlun oldu.. Təbrik edirəm.

…İndi biz xəstəxananın elektriklə işıqlanmış pəncərələrini

görürük.

Bütün kənd boyu işıqlar yandırılır: evlərdə işıqlar yanır.

Dənizdəki buruqlarda işıqlar yanır.

…Əligilin evi. Otağın alçaq tavanından elektrik lampoçkası

asılmışdır. Gülsüm indicə yanmış lampoçkanı nəvazişlə sığıllayır,

oxşayır. Əli gəlir, o da əlini uzadıb lampoçkaya toxunmaq istəyir,

ancaq lampoçka artıq qızmışdır. Əli dərhal əlini geri çəkir.

…Əli taxtadan beşik düzəldir.

…Gülsüm yorğan sırıyır.

Beşik otaqdan asılmışdır. Beşikdə balaca Murad — Kamillə

Sevdanın oğlu. Muradın üstünə Gülsüm xalanın sarıdığı yorğan

salınıb. Gülsüm xala beşiyə yanaşır, uşağın beşiyinə göz muncuğu

bağlayır.

…Sevda Muradı çimizdirir. İndi Muradın iki yaşı olar.

Kamil (tələsik gəlir): Sevda, ay Sevda, muştuluğumuzu ver, dörd

gündən sonra uçuruq Moskvaya.

Sevda: Ört qapını görüm, uşağı soyuğa verərsən. Nə danışırsan a

kişi, kim uçur, hara uçur?

Kamil: Biz uçuruq. Sən, bir də mən. Özü də Moskvaya uçuruq.

İki saat bundan qabaq Bakıdan mənə zəng eləmişdilər. Deyirlər səni

neftçilərin nümayəndə heyətinə salmışıq. Hazırlaş.

Sevda (Muradı göstərir): Bəs bu?

Kamil: Əşi daha yekə kişidir. Nənəsiynən, babasıynan qalar. Elə

deyil ədə (uşağı qucağına götürür, atıb-tutur).

37

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!