19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Haqverdiyer:

—Nədir ki?

Sarabski:

—Bir dəfə evdən hansı tamaşayçünsə arvad paltarı gətirdim.

Başıma bir oyun açdılar ki… Səhnədə adımızı batırdığın bəs deyil,

indi də bizi bu cür biabır edirsən, pal-paltarımızı camaata

göstərirsən? Canımı güclə qurdardım. Odu ki… məndən kömək

gözləməyin…

Ərəblinski:

—Bığlarını da onunçün qırxdırmır da… Deyirəm ona ki, artistin

sifəti gərək təmiz olsun — bığsız-saqqalsız… İstənilən qrimi eləmək

mümkün olsun…

Sarabski:

—Yaxşı, Hüseyn, sən qırxdırdın bığlarını, danış da başına nə

oyun gəldi.

Haqverdiyev:

—Nə məsələdir?

Ərəblinski:

—Heç əşi, boş sözdur, Mənim bir qohumum var — Xalıq.

Hamıya car çəkib ki, əvvəl-axır məni öldürəcək. İndi ki, belədir, nə

fərqi var, bığlı öldürsün ya bığsız.

Haqverdiyev:

—Yaxşı, axı niyə görə səni öldürmək istəyir?

Ərəblinski:

—Necə niyə? Səhnədə oyun çıxarıram, ailəmizin adını batırıram.

Zülfüqar Hacıbəyli:

—Pərvərdigara, haçan canımız bu sayaq söhbətlərdən qurtaracaq.

Haçan artistlərə hörmət eləməyi öyrənəcəyik.

Sarabski:

—Hə, başqa yerlərdə artistlərə gül verirlər, ehtiram edirlər. Bizim

qazancımız isə təhqirlə söyüş olur.

Ərəblinski (Haqverdiyevə):

—Bilirsiz, Əbdürrəhim bəy, hər şeyə dözmək olar — yorğunluğa

da, pulsuzluğa da, təki bizi adam yerinə qoyaydılar, bizimlə insan

kimi rəftar edəydilər.

Haqverdiyev:

—Ürəyinə salma Hüseyn, vaxt gələcək hər şey düzələcək. —

şöhrət də olacaq, hörmət-ehtiram da… Dostlarım, Üzeyir sizin bu

196

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!