19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

üdrəyə-büdrəyə bu yolla araba hərəkəti ritmində gedir və biz araba

cırıltısını eşidirik.

Ekranda "Əbədi işıqlar" tablosu və səslər — dəniz səsi,

qağayıların çığırtısı.

Qadın səsi:

—Bu şəklə baxanda qağayıların çığırtısını, ləpələrin səsini

eşidirəm.

Kamera panorama edir və biz divardan asılmış tabloları uzunuzun

seyr edirik. "Quba mənzərəsi", "Nağıl", "Xəzər axşamı",

"Tut ağacları", "Payız düşdü", "Kəpəzin göz yaşı".

Kişi səsi:

—Bu tablolara baxanda musiqi eşidirsən. Həzin musiqi…

Bəhlulzadənin bu işlərini nəzərdən keçirdiyimiz vaxt xalq

musiqisi — muğamlar səslənir.

Geniş bir salona keçirik. Bu salon sanki güllü-çiçəkli bağçadır.

Bəhlulzadənin çiçəkləmiş ağaclara, bağlara həsr etdiyi tabloları…

"Əmsər bağları" , "Bağlar arasında", "Heyva çiçək açanda",

"Bülbüllü bahar", "Çiçəklənən torpaq", "Yaşıl xəli" — müxtəlif

çiçək natürmortları.

Qadın səsi:

—Əfsus ki, ekranda ətirləri, qoxuları vermək mümkün olmur. Bu

otağa girəndə adam təbiətin bahar ətirlərini, çiçəklərin, güllərin

rayihəsini duyur.

Yenə də qatar gedir. İndi o geri gedir. Azərbaycan mənzərələri

arxada qalır.

Qadın səsi:

—Mən geri dönürəm. Bu dağlar, ağaclar, yollar, dəniz burda

qalır. Sən haqlısan, dostum, dağlar səyahət etmir. Ancaq mən bu

qarlı dağları, bu mavi dənizi, qağayıları, çiçəklənən bağları müxtəlif

ölkələrdə, qitələrdə görəcəm. Görəcəm və tanyacam. Tanıyacam və

deyəcəm: Bu — Azərbaycandır. Bu — Səttar Bəhlulzadədir.

Nəhayət Səttarı öz emalatxanasında, şəkil çəkən görürük. O şəkli

şüşə üzərində çəkir və şüşəyə yeni rənglər vurduqca şüşə arxasındakı

sifəti get-gedə görünməz olur, sonra şüşəni büsbütün tutmuş rənglər

arxasında itir. Rəssamı artıq görmürük. Çəkdiyi şəkli görürük.

1969

337

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!