19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

stadionun işıq tablosunu görürük. Tabloda hesab: 2:1. Alqışlar,

qışqırıqlar, fit səsləri. Camaatı, stadionu görmürük. Yalnız tablo...

Müasir böyük şəhər, hündür evlər, gen pəncərələr — şüşəbetonun

parıltısı.

İdman şərhçisinin səsi eşidilərkən biz belə müasir binalardan

birinə daxil oluruq, uzun dəhlizlərdən keçib geniş işıqlı bir otağa

giririk. İndi şərhçinin gümrah səsi otaqdakı reproduktordan eşidilir:

—Beləliklə oyunun axırına iki dəqiqə qalır. Qonağlar son dəfə

hücuma keçərək hesabı bərabərləşdirməyə çalışırlar. İndicə hakimin

final fiti səslənəcəkdir.

Otaqda idarənin əməkdaşları maraqla futbol reportajını

dinləyirlər. Şərhçinin səsi eşidilməz olur. İşçilərin replikaları, futbol

haqqında rəyləri, mübahisələri, sevincləri və s. qatma-qarışıq sözlər,

cümlə qırıqları şəklində eşidilir. Kamera bir anlığa mübahisə

edənlərdən ayrılır, pəncərədən şəhər küçələrini göstərir və yenidən

əvvəlki görüm nöqtəsinə qayıdarkən biz otağı bomboş görürük.

Səslər də susub-işçilərin səsi, reproduktorun səsi... Yalnız iri divar

saatının çıqqıltısı eşidilir. Divar saatında 6-ya beş dəqiqə qalıb.

Amma sükut çökmüş otaqda biz divar saatının çıqqıltısından başqa

bir səs, hənirti də duyuruq. Kamera diqqətimizi otağın lap güncündə

əyləşmiş və bayaqkı futbol mübahisələrinə qarışmayan Səftər dayıya

çəkir. İşçilər çıxıb gedib, amma Səftər dayı hələ də öz masasının

arxasındadır. Onun başı kağız-kuğuzun üzərinə əyilib, sayğacda nə

isə hesablayır. Barmağını dili ilə isladıb qalın mühasib dəftərini

vərəqləyir. Sonra başını qaldırıb divar saatına baxır, tələsmədən

kağız-kuğuzunu yığışdırır, seyfə qoyur, seyfini bağlayır, bir-bir

masasının siyirtmələrini də açarla kilidləyir, otaqdan çıxır, qapını

örtür, qıfıllayır və aramla dəhlizdən keçib idarənin pilləkənləri ilə

düşməyə başlayır. Fərqinə varmadığı mexaniki bir vərdiş halını almış

adəti üzrə ürəyində pillələri saya-saya düşür. Üçüncüdən ikinci

mərtəbəyəçən on yeddi pillə ndi. İkincidən birinciyəcən on səkkiz

pillə...

Səftər dayının kadr arxası səsi: — 17, o da 18, 35, 35 o da 3719,

elər... yox, 35-in 3719-a dəxli yoxdur. 3719 təxmini hesablamanın

balansıdır. 4012 olmalıdır. Deməli, 293 manat çatmır. Görəsən harda

səhv ediblər. Keçən kvartalda 145 manat səhv etmişdilər. 145 ya

147? yox 147. Bəs niyə 145 dedim?

Skleroz məni bir təhər eləyib. Pensiya vaxtın çatıb Səftər. Yox

290

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!