19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ƏL QƏZALİ

(1058-1111)

İran filosofu, sufizmin nəzəriyyəçisi

"İNAM ELMİNİN DİRÇƏLİŞİ " kitabından:

Bilik — bilik sahibinin doğru hərəkət etməsini təmin edən

vasitədir. Şübhə həqiqət yoludur: şübhə etməyən — görmür,

görməyən —anlamır, anlamayan kor olur və hər zaman yanılır.

Bu elmin sirrləri kitabın səhifələrində ifadə oluna bilməz, çünki

bilginlər deyib: İlahi hökmünün sirrlərini açmaq — inamsızlıqdır,

bidətdir.

Ona görə də sirr — varlıqdır, varlığın surətidir, varlıqda mövcud

olandır. Amma əgər varlıqda nə isə başqa bir şey də mövcuddursa,

onda sanki varlığın özü də yoxdur. O, yalnız içində mövcud olan

üçün var. Buna misal — parıldayan güzgüdür. Axı güzgünün də

rəngi yoxdur, onun rəngi onda əks olunanın rəngidir. Şüşə qab də

eləcə: o içindəkinin rəngini əks etdirir, onun rəngi içinə dolanın

rəngidir. Özünün surəti yoxdur, onun surəti müxtəlif şəkilləri və

rəngləri qəbul etməsidir. Şair demişkən

Qədəh də gözəldir, şərab da gözəl

Biri o birinə elə qovuşub

Sanki şərab qədəhsiz də qırmızı

Qədəh şərabsız da al qırmızıdır.

Əgər bir insan ömründə qadın görməyib və qadınla cinsi əlaqənin

nə olduğunu bilmirsə şəhvani yuxu görən zaman ehtiras odu

duyacaq, amma bilməcək ki, bu cinsi əlaqə istəyidir və bu alovu

söndürə biləcək qadın haqqında da təsəvvürü olmayacaq. Bax eynən

bu sayaq insan qəlbində Axirət dünyasına, onun ləzzətlərinə həvəs

var. Bu ləzzət cənnət bağları haqda ona verilən vədlərdir. Amma bu

vədlərdən onun təsəvvüründə canlana bilənlər yalnız adlar və

sözlərdir. Necə ki, bayaqkı örnəkdə qadından və cinsi əlaqədən

bixəbər insançün bunlar yalnız söz, anlayışdır. Odur ki, sözlər onu

qüssələndirir, amma cəhaləti və bu dünyaya uymağı ucbatından nə

üçün qüssələndiyini dərk edə bilmir. Suda boğulan və nə yolla xilas

olacağını bilməyən adam kimi o da, çaş-baş qalır, özünü itirir,

həyəcanlanır. Belə halların tam həqiqətini anlamaq, illah da onları

414

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!