19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

—Mən də ikinci cildiya kupets Karapet ağayam.

—Deməli belə, mənim əziz dostum və qardaşım Karapet ağa. İndi

dunya elə etibarsız olub ki, gərək heç kəsə inanmayasan. Görürsən

bir haramzada gəldi, basdı, kəsdi, sora da çıxdı getdi. İzi, tozu

qalmadı. Amma səninlə mən abırlı adamlarıq, sözümüz sözdü —

ayağa durur, kəllə qəndləri çuxasının altında gizlədir. Biz səninlə

dost kimi, qardaş kimi açıq danışmalıyıq. İş ondadır ki, səhər

kənddən gələndə yadımdan çıxıb pul götürməmişəm. İndi mən bu

qəndi götürüm, inşallah sabah sübh tezdən sənin beş manıtını

gətirrəm.

Karapet bir şey demir, mat-mat Xudayara baxır, sonra kəllə

qəndləri onun çuxasının altından çıxarıb əvvəlki yerinə qoyur.

Xudayara tərəf çevrilir və əvvəlki tək sakit tərzdə qapını göstərir:

—Çıx get burdan, supa oğlu supa.

Məmmədhəsən əmi evinin qabağında oturub çubuq çəkir.

Fikirlidir. Arvadının ağlamasını eşidir, qulaq verir, sonra çağırır:

—İzzət, İzzət

Cavab yoxdur.

Məmmədhəsən əmi otağa girir, Küncdə İzzət dizlərini qucaqlayıb

oturub.

Məmmədhəsən əmi:

—İzzət!. .

İzzət:

—Korsan, görmürsən ki, mənəm, nə istəyirsən?

—Ağlamaq səsi eşitdim. sən idin ağlayan?

İzzət susur.

—Bilirəm, sənsən. Allaha and olsun, nahaq qanını qaraldırsan,

Xudayar bəy mütləq eşşəyi qaytaracaq.

İzzət partlayır:

—Cəhənnəm olsun Xudayar bəy də, sənin eşşəyin də, sən özün

də…Mən o andıra qalmış eşşəyin xiffətin eləmirəm, oğlum yazığın

dərdin çəkirəm. Hardadır yazıq, başına nə bəla gəlib? Axı belə

hövsələsizdi. Gedər özünü quyuya atar, sənin görürəm vecinə deyil.

İstəyir oğlun itsin, istəyir eşşək —borcuna deyil. Yazıq balam,

Əhməd, hardasan?

—Ağlama, sən tanrı ağlama, eşşəyi də qaytaracaq, Əhməd də

gəlib çıxacaq. Bəlkə də gəlib kəndə, Cəlilgilə gedib ya uçtelgilə.

Gedim tapım onu.

159

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!