19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

şallaqla bütün qabırğalarını sındırram. Sənin nə işinə evlənirəm ya

evlənmirəm. Nədi, evimə güclü cehiz gətirmişdin ki, indi mənimlə

çənə-boğaz olursan. Mən nədi evlənəndə səndən izn istəməliyəm?

Şərəf:

—Evlənirsən cəhənnəmə evlən, gora evlən. Amma onda məni

boşa. Mən bu yaşımda sənin o cavan arvadının nazıynan oynayan

deyiləm.

—Bax, bu başqa məsələ. Çox əcəb, çox da pakizə. Razıyam. Elə

belə də edərik. Günü sabah səni boşayaram. Onda başa düşərsən ki,

ərin qabağında söz demək nədi. Elə sabah şəhərə, qazinin yanına

gedəcəm. Sənə də, cümlə bu kənddəkilərə də həddinizi göstərrəm.

Arvad olasan, mənim üstümə xoruzdanasan? Çox əcəb, elə sabah

şəhərə gedəcəm.

Həyətlərində Məmmədhəsən əmi ulağını yemləyir, sığallayıb

oxşayır.

Kəndlilərdən biri həyətin yanından keçir, Məmmədhəsən əmiylə

salamlaşır.

—Yaxşı ulaqdı — deyir.

Məmmədhəsən əmi məmnun-məmnun gülümsəyir.

—İnşallah haçan gedirsən ziyarətə?

—Çavuşu gözləyirik də. Deyirlər iki-üç günə kəndimizə gələsidi.

—Sağ get, salamat qayıt. Ziyarətin qəbul olsun…

Böyük tövləni məktəb kimi istifadə ediblər. Divarda qara lövhə,

coğrafi xəritə, vurma cədvəli və bir at şəkli asılıb. Həsənov dərs

deyir. Sinifdə aralarında Cəlil və Əhməd olmaqla xeyli uşaq var.

Onların ataları — papaqlı kişilər də divar boyu oturublar.

Həsənov:

—Durun — uşaqlar durur. Valideynlər də dururlar. —Oturun.

Kim doskanı göstərə bilər. Cəlil.

Cəlil qara lövhəni göstərir.

Həsənov:

—Yaxşı.

Kərbəlayi Oruc mürgü döyən nəvəsini dümsükləyir:

—Əsəd , bala, sən də göstər.

Həsənov:

—Kərbəlayi Oruc, xahiş edirəm uşaqlarla danışma. Dünənki dərsi

təkrar edək. Mustafa, sən.

147

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!