19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

itirmək qorxusu var, itiririk biz bunu…

Biz kurslarda oxuyanda bir anket paylamışdılar. O cümlədən belə bir

sual vardı ki, "Ən çox sevdiyiniz beş şəhərin adını çəkin". Mən yazdım:

Bakı, Moskva, İstanbul, Paris, Şuşa!

…Şuşa mənim üçün elə məskəndir ki, mən ora gələndə elə bil

təmizlənirəm, saflaşıram. Nə isə ülvi bir aləmə qovuşuram. Və

düşünəndə ki, bu şəhər Azərbaycan tarixinin neçə şanlı səhifələrinin

şahidi olub — bu şəhərin təbii gözəlliyinə bir az da vurulursan!

Təbiət, tarix Şuşadan heç bir şey əsirgəməyib. Və mənə elə gəlir ki,

Üzeyir kimi bir dahi ancaq Şuşada yetişə bilərdi…

Bakı. Cəlil Məmmədquluzadənin mənzilində.

…Bu mənzil hər bir azərbaycanlı üçün müqəddəs bir yerdir. Amma

bu məbədə gələndə, mən şəxsən, ən acı hisslər keçirirəm. Cəlil

Məmmədquluzadənin burda keçirdiyi son günlər… Yəni yadıma düşür

Həmidə xanımın yazdığı xatirələr ki, o, son günləri ölüm haqqında

düşünürdü, təklik içində çabalayırdı, anlaşılmazlıq içində boğulurdu və

oturub kamança çalırdı… Həzin-həzin kamança çalırdı… Həmidə xanım

yazır ki, soyuq günlərin birində gördüm Mirzə Cəlil əlyazmalarını

sobaya atıb yandırır. Mən başa düşürdüm ki, bu qiymətli, sonsuz

dərəcədə qiymətli əlyazmalarıdır, tarix üçün, ədəbiyyat üçün. Dedim niyə

yandırırsan? Dedi: çünki evdə sobanı qalamağa ayrı heç bir şey

qalmayıb. Bunları yandırdı və bunları yandırandan sonra məmnunməmnun

gülümsündü və dedi ki, indi uşaqlar istidə yatacaqdır, yoxsa

soyuq idi. Oğlanlarını nəzərdə tuturdu — Midhəti və Ənvəri… Amma

mən düşünürəm ki, bu sobanın istisinə biz də qızınırıq, bu gün də

qızınırıq və bu sobanın alovu heç bir vaxt sönmür… sönməyəcək də!...

…Və Mirzə Cəlillə bağlı belə bir hissi mən Nehrəm kəndində də

keçirirdim. Nehrəm kəndində onun vaxtilə dərs dediyi məktəbdə

(indi də məktəbdir)…. İsti vaxt idi, payız idi, uşaqlar oynayırdılar.

Sonra müəllimlərdən biri gəlib divardan asılmış zəngi çalmağa

başladı və şagirdlər siniflərə doluşdular. Müəllim dedi ki, bu həmin o

vaxtdan qalan zəngdir. Cəlil Məmmədquluzadə burda dərs deyəndə

də bu zəngi çalırdı. Mən düşündüm ki, (bayaq soba haqqında

dediyim kimi) bu zəng də bizi oyadan zəngdir… Cəlil

Məmmədquluzadədən bu günə qədər onun səsi kəsilmir.

375

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!