19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ne maskirovalis — kak trotskistı, tak i buxarintsı, davno uje ne

predstavlyayut politiçeskoe napravlenie v raboçem dvijenii, oni

prevratilis v bezprinsipnuyu i bezideynuyu bandu professionalnıx

vrediteley, diversantov, şpionov i ubiys. Neobxodimo bespoşadno

uniçtojat etix qospod, klassovıx vraqov proletariata, podlıx

predateley Rodinı, iskorenit vsex vraqov trudovoqo naroda.

Müstəntiq və katib bu nitqi ayaq üstündə dinləyirlər. Nitqin

sonunda radiodan gurultulu alqışlar, Tyaşasın yoldaş Stalin! Dahi

rəhbərimiz böyük Stalinə eşq olsun, Urra! T və s. sədalar ucalır. Boş

otaqda ikisi — müstəntiq və katib də əl çalır, bir-birinə baxıb: —

Yaşasın böyük Stalin, Böyük Stalinə eşq olsun! — deyə təkrar

edirlər. Radioda alqışlar kəsiləndə müstəntiq də oturmaq istəyir,

amma katibin əl çaldığını görüb bir qədər də əl çalır.

Hər ikisinin əl çaldığı anın dayandırılmış kadrı (stop kadr)

fonunda yazı:

7 iyun 1937

Hardasa, mücərrəd bir məkanda iri qum saatı. Qum dənələri

yuxarıdan aşağı tökülür.

Ekranda yenə yazı görünür. Amma bu yazı vaxtilə bəzi səssiz

filmlərdə olduğu kimi çərçivənin — venetkanın içindədir:

—QATİL DEYİLƏM, ALƏTİ QƏTLİM

—MƏZLUMDUR, ƏVƏT, OLSA DA ZALİM

TXƏYYAMU

İstintaq otağı. Müstəntiqin qarşısında kətildə Hüseyn Cavid

əyləşmişdir. O, həbsxanada çəkilmiş şəkillərdə olduğu görkəmdədir

— yorğun, bədbin. İztirab dolu gözlərində pensne yoxdur.

Müstəntiq:

—Adınız, familiyanız,

—Hüseyn Cavid.

Müstəntiq:

—Tam şəkildə.

—Hüseyn Abdulla oğlu Rəsizadə.

Katib makinada yazır. Bütün səhnə boyu makina tıqqıltısı eşidilir.

—Anadan olduğunuz tarix.

—24 oktyabr 1882.

—Harda anadan olmusunuz?

—Naxçıvanda.

Kamera Hüseyn Cavidin kədərli gözlərinə yaxınlaşır və lirik

225

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!